01 Mart 2019 18:22
592
DÜNYA
A- A+

Fevralda Suriyada 246 mülki şəxs öldürülüb


Cari ilin fevral ayında Suriyada 246 mülki şəxs öldürülüb. AZƏRTAC xəbər verir ki, bu məlumat Londonda yerləşən İnsan Haqları üzrə Suriya Şəbəkəsinin (SNHR) hesabatında yer alıb.

Hesabatda qeyd olunur ki, həlak olanların arasında 54 nəfər azyaşlı və 50 qadın var. Öldürülənlərin 108 nəfəri, o cümlədən 31 uşaq və 17 qadın isə Suriya hökumət qoşunlarının hərbi əməliyyatları nəticəsində həyatını itiriblər. Bundan başqa, ABŞ-ın liderlik etdiyi İŞİD əleyhinə hərbi koalisiyanın əməliyyatlarında 17 dinc sakin, o cümlədən 4 azyaşlı və 4 qadın həlak olublar.

SNHR hesabatının müəllifləri daha 77 mülki şəxsin öldürülməsinin təqsirkarlarının müəyyən olunmadığını əlavə edib. Bütün bunlarla yanaşı, 5 tibb personalı da münaqişə qurbanları arasındadır.

Hesabatda 2018-ci ildə münaqişə zonasında 7 min mülki şəxsin həyatını itirdiyi də qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video