01 Mart 2019 17:22
1135
PARLAMENT
A- A+

Milli Məclisdə Ombudsmanın illik məruzəsi müzakirə olunub


Martın 1-də Milli Məclisin insan hüquqları komitəsində "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi” müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova ölkəmizdə insan hüquqlarının qorunması sahəsində həm qanunverici əsasda, həm də icraatda böyük nailiyyətlərin əldə olunduğunu bildirib. Azərbaycan Prezidentinin ardıcıl olaraq imzaladığı fərman və sərəncamlar, ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması insan haqlarının və azadlıqlarının daha yüksək səviyyədə təmin olunmasına imkan yaradır. Belə münbit şəraitdə Ombudsman təsisatı da öz işini lazımi səviyyədə qura bilir.

Sonra Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı insan hüquqları üzrə müvəkkilin 2018-ci ilə dair illik məruzəsini təqdim edib. Bildirib ki, illik məruzə qanuna uyğun olaraq Azərbaycan Prezidentinə, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş Prokurorluğa göndərilib. Diqqətə çatdırılıb ki, müvəkkilin fəaliyyəti dövründə onun ünvanına, ümumilikdə, 187 min 350, 2018-ci ildə isə 20 min 400 ərizə və şikayət daxil olub. Müvəkkilin səlahiyyətlərinə aid olmayan şikayətlərə baxılmasından imtina edilib. İcraata götürülən şikayətlərin 63,5 faizi təmin edilib. Müvəkkil tərəfindən aparılan monitorinqlərdə vətəndaşların üzləşdikləri problem və çətinliklər, onların yaranma səbəbləri araşdırılıb, həlli istiqamətində müvafiq təkliflər irəli sürülüb, lazımi tədbirlər görülərək bir çox hallarda pozulmuş hüquqların bərpasına nail olunub. 2018-ci il ərzində cəzaçəkmə müəssisələrinə, təhsil, səhiyyə, sosial, miqrasiya və dövlət uşaq müəssisələrinə əvvəlcədən xəbərdarlıq edilmədən 343 başçəkmə həyata keçirilib. Seçki hüququ ilə bağlı əhali arasında geniş maarifləndirmə tədbirləri həyata keçirilib. Hesabat dövründə dövlət orqanlarının nümayəndələri və yerli icra hakimiyyəti başçıları ilə birlikdə yerlərdə əhali qəbullarının təşkili, silsilə görüşlər, vətəndaşların hüquq mədəniyyətinin yüksəldilməsinə yönəldilmiş maarifləndirmə işləri səmərəli nəticə verib.

Dörd regionda – Quba, Şəki, Cəlilabad və Gəncədə yaradılmış regional mərkəzlər əhalinin müvəkkilə müraciətini asanlaşdırıb. 24 saat fəaliyyət göstərən 916 nömrəli "Uşaq qaynar xətti” və işgəncələrə qarşı qaynar xətt fəaliyyətini müvəffəqiyyətlə davam etdirib.

Aydın Səfixanlı onu da vurğulayıb ki, ölkədə "ASAN xidmət”, "ABAD”, "Şəbəkə”, "DAİM” və s. kimi qurumlar insan hüquqlarının etibarlı müdafiəsi üçün zəruri şəraitin yaradılmasına mühüm töhfə verib.

Komitədə illik məruzə dinlənildikdən sonra deputatlar Fazil Mustafa, Tahir Kərimli, Əflatun Amaşov, Sona Əliyeva, Elman Nəsirov, Flora Qasımova, komitə sədrinin müavini Yevda Abramov məruzə ilə bağlı müsbət fikirlərini bildiriblər, təkliflər irəli sürüblər.

Fikir mübadiləsində insan hüquqları üzrə müvəkkilin 2018-ci ilə dair illik məruzəsi qənaətbəxş hesab olunub və məruzə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video