01 Mart 2019 17:07
790
Təhsil
A- A+

Təhsil naziri “MBA Club”un üzvləri ilə görüşüb


Təhsil naziri Ceyhun Bayramov dünyanın məşhur universitetlərində magistr səviyyəsi üzrə təhsil almış "MBA Club”un (Master of Business Administration) üzvləri ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ceyhun Bayramov son illərdə təhsil sahəsində həyata keçirilən islahat və layihələr barədə ətraflı məlumat verib, qarşıda duran hədəflərdən danışıb. Nazir bildirib ki, təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, digər çoxsaylı dövlət proqramları ölkəmizdə elm, təhsil və innovasiyaların inkişafı istiqamətində konkret hədəflərin müəyyən edilməsi və reallaşdırılması baxımından əhəmiyyət kəsb edir.

Nazir qeyd edib ki, müasir dünyada davamlı və hərtərəfli inkişafın təmin edilməsində elm və təhsilin rolu sürətlə artmaqdadır. Bu baxımdan xaricdə təhsil alan azərbaycanlı gənclərin üzərinə mühüm öhdəliklər düşür. Ceyhun Bayramov Strategiya çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil alan azərbaycanlı gənclərin ölkəmizin gələcək inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirib.

Görüşdə "MBA Club”un üzvlərinin sualları cavablandırılıb, onların təklifləri dinlənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video