01 Mart 2019 14:34
399
DÜNYA
A- A+

300 mindən çox Suriya qaçqını evlərinə qayıdıb


Türkiyə Silahlı Qüvvələrinin Suriya ilə sərhəd rayonlarda keçirdiyi antiterror əməliyyatlarından sonra 300 mindən çox suriyalı qaçqın evlərinə qayıdıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin miqrasiya idarəsinin rəisi Aydın Kəskin Kadıoğlu Şanlıurfada bu münasibətlə keçirilən tədbirdə bildirib ki, indiyədək 313,213 suriyalı qaçqın könüllü surətdə öz evlərinə qayıdıb. Onun sözlərinə görə, Türkiyə ordusunun apardığı iki uğurlu antiterror əməliyyatlarından sonra ərazidə təhlükəsiz zona yaradılması insanları doğma yurdlarına dönməyə həvəsləndirib.

Miqrasiya idarəsinin daha bir təmsilçisi Gokçə Ok isə bildirib ki, hazırda Türkiyədə 192 millətdən olan 4,7 milyon əcnəbi yaşayır. O əlavə edib: "Sülhə nail olduqdan sonra suriyalıların evlərinə qayıtması bizi sevindirir, lakin burada qalmaq istəyən dostlarımız üçün də hər bir şərait yaradacağıq”.

Qeyd olunub ki, təkcə Şanlıurfa vilayətində 500 minə yaxın suriyalı qaçqın var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video