01 Mart 2019 09:36
412
SİYASƏT
A- A+

ABŞ Konqresinin üzvü Tim Rayn Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib


ABŞ-ın nüfuzlu konqresmenlərindən olan, Ohayo ştatını təmsil edən Tim Ryan (Demokrat) Xocalı qətliamı ilə bağlı bəyanat verib.

AZƏRTAC xəbər verir ki, Xocalı faciəsi qurbanlarının xatirəsinin yad olunduğu bəyanatda 1992-ci ilin fevralında günahsız insanların misli görünməmiş dəhşətli qırğınının 27 il sonra belə insanı sarsıtdığı bildirilib. Cənubi Qafqazda ən qəddar amansızlıqlardan biri olan bu hadisə ilə bağlı ədalətin hələ də təmin olunmadığı, 150 mülki şəxsin aqibətinin indiyədək bilinmədiyi diqqətə çatdırılıb.

Tim Rayn vurğulayıb ki, beynəlxalq aləmdə insan hüquqları və demokratiya tələb edilərkən Xocalıda baş verənlər xatırlanmalı və hadisənin törədən şəxslər məsuliyyətə cəlb olunmalıdırlar.

Qeyd edək ki, bu, Xocalı faciəsi ilə bağlı cari ildə ABŞ Konqresində verilmiş sayca dördüncü bəyanatdır. Konqresmen Tim Rayndan əlavə, Əlsi Heystinqz, Virciniya Foks və Stiv Koen də bəyanatlarla çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video