28 Fevral 2019 16:43
865
Elm və texnika
A- A+

Azərbaycan Dillər Universiteti və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlığa başlayır


Fevralın 28-də Azərbaycan Dillər Universiteti (ADU) ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma Memorandumu imzalanıb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, memorandum mədəniyyət və irsin qorunması, araşdırılması və təbliğ edilməsinə dair oxşar vəzifələri paylaşmaq və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq etmək məqsədilə imzalanıb.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Anlaşma Memorandumunu yüksək qiymətləndirərək deyib: "Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk xalqlarının mədəniyyəti, tarixi, mənəvi aləmi ilə məşğul olur. Fond Azərbaycanda və xaricdə çox maraqlı layihələr həyata keçirir. Bu işlərdə universitetimizin potensialından da istifadə etmək məqsədəuyğun olardı. Memorandum universitetimizin müəllim heyətinin və tələbələrinin qarşısında müvafiq sahələr üzrə perspektivlər açacaq”.

Günay Əfəndiyeva ADU-nun əməkdaşlıq üçün böyük potensialı olduğunu vurğulayaraq deyib: "Düşünürəm ki, bu əməkdaşlıq həm türk dünyası, həm Azərbaycan üçün gözəl nəticələr verəcək”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın türk dünyasına inteqrasiyasında, türkdilli ölkələrlə əlaqələrin genişləndirilməsində ümummilli lider Heydər Əliyevin böyük rolu olduğunu söyləyib. Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun fəaliyyəti və məqsədi, həyata keçirdiyi layihələr haqqında da məlumat verib.

Memorandumda türkdilli xalqların mədəni irsinin təbliği və dahi şəxsiyyətlərinin yubileylərinin qeyd olunması məqsədilə konfrans, seminar, sərgi və bu kimi tədbirlərin birgə keçirilməsi, ADU-nun sonuncu kurs bakalavr və magistr tələbələri üçün Fondda 1-3 aylıq istehsalat təcrübəsinin təşkili və sertifikatların təqdim olunması nəzərdə tutulur. Bununla yanaşı, türk dünyasına mühüm töhfələr verəcək araşdırmalar aparan və tədqiqat işlərinin həyata keçirilməsində fərqlənən tələbələrə təqaüdün verilməsi, türk dünyasının zəngin mədəniyyəti və irsinin qorunması, araşdırılması və təbliğ edilməsinə dair Fondun müvafiq sənədlərinin və elmi-tədqiqatlarının ADU tərəfindən tərcümə edilməsi və birgə nəşrlər, ADU-da Fondun himayəsi ilə Türk Dünyası Elmi-Tədqiqat və Araşdırmalar Mərkəzinin yaradılması sahələri üzrə əməkdaşlıq nəzərdə tutulur.

Anlaşma Memorandumunu Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva imzalayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video