28 Fevral 2019 16:42
574
İQTİSADİYYAT
A- A+

Ekspert: Prezidentin Fərmanı problemli kreditlər məsələsinin köklü şəkildə həllinə imkan verəcək


Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman uzun müddət müzakirə olunan və əhalini daha çox narahat edən sosial məsələlərin həlli deməkdir. Nəticə etibarilə vətəndaşların diqqət mərkəzində olan bu problem öz həllini tapdı. Həmin problemin həlli yüz minlərlə insanın bu güzəştdən istifadə etməsinə şərait yaradacaq.

Bu sözləri AZƏRTAC-a iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspert qeyd edib ki, Fərmana əsasən, xarici valyutada kredit götürmüş fiziki şəxslər bu güzəştlərdən faydalanacaq. Güzəşt 10 min dollar həcmində kredit borclarına tətbiq olunacaq. Güzəştin müəyyənləşdirilməsi zamanı iki dövr - 2012-ci il yanvarın 1-dən 2015-ci il fevralın 21-dək olan müddət nəzərdə tutulub: "Bu dövrdə hər dollara 0,25 qəpik güzəşt tətbiq ediləcək. Bu isə o deməkdir ki, birinci devalvasiyayadək vətəndaş 10 min dollar kredit götürmüşdüsə, onun krediti manat ifadəsində 7 min 800 manat idi. Devalvasiyadan sonra həmin məbləğ 10 min 500 manata çatıb. Hər dollara 0,25 qəpik güzəşt tətbiq olunduğu üçün 10 min 500 manatdan 2 min 500 manat çıxılacaq və məbləğ təxminən devalvasiyadan əvvəlki məbləğ olacaq. 2015-ci il fevralın 21-dən dekabrın 21-dək olan kreditlərdə isə hər dollara 60 qəpik güzəşt tətbiq olunacaq. Bu, hər 10 min dollara 6 min manat güzəştin tətbiqi anlamına gəlir. Hər bir vətəndaşa tətbiq edilən güzəştin məbləği 5 min dollar olacaq. Yəni, 10 min dollar kredit götürən vətəndaş 5 min dollaradək güzəşt əldə edəcək. Qalan məbləğin ödənilməsi ilə bağlı vətəndaşlara banklardan 5 il müddətinə illik faizi 1 faiz olmaqla güzəştli kredit götürmək imkanı veriləcək. Bu da vətəndaşlara imkan verəcək ki, qalan hissəni 1 faizlik kredit götürməklə 5 il müddətinə ödəyə bilsinlər. Bunun üçün Mərkəzi Bank 682 milyon manatlıq krediti kommersiya banklarına ödəyəcək. Banklar tərəfindən hesablanmış artıq faizlər, cərimələr silinir, məhkəmələrdə olan işlərin geri çağırılması tövsiyə olunub”.

"Ümumilikdə bu Fərman problemli kreditlər məsələsinin köklü şəkildə həll edilməsinə imkan verəcək. Həmçinin bu, vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından ciddi addım kimi qiymətləndirilməlidir”, - deyə V.Bayramov əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video