28 Fevral 2019 09:33
435
SİYASƏT
A- A+

Türkiyənin 19 May Universitetində Xocalı soyqırımı abidəsinin açılışı olub


Türkiyənin Samsun şəhərində yerləşən 19 May Universitetində Xocalı Parkı və parkda ucaldılan Xocalı soyqırımı abidəsinin açılış mərasimi keçirilib.

AZƏRTACxəbər verir ki, mərasimdə bu ali təhsil ocağının professor və müəllim heyəti, tələbələri iştirak ediblər.

Tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Universitetinin prorektoru, professor Mehmet Ali Cengiz, ölkəmizin Ankaradakı səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, professor Azər Qasımzadə, Azərbaycanlı Tələbələr Təşkilatının sədri Bəhram Qəmbərli, Xocalı sakini Gülnaz Abdullayeva və başqaları çıxış ediblər.

Çıxışlarda 27 il bundan əvvəl erməni vandallarının Azərbaycanın Xocalı şəhərində xalqımıza qarşı törətdikləri soyqırımı aktının səbəb və nəticələrindən danışılıb. Diqqətə çatdırılıb ki, 19 May Universitetində Xocalı soyqırımı abidəsinin ucaldılması "Xocalıya ədalət!” çağırışıdır. Əminliklə vurğulanıb ki, dünyanın dörd bir tərəfindən bu nüfuzlu təhsil ocağında oxuyan tələbələr Xocalı soyqırımını törədənləri lənətləyəcək və bir daha yer üzündə belə bir soyqırımın baş verməməsi üçün çağırışlar edəcəklər.

Məlumat verilib ki, universitetdə Xocalı Parkının açılması və orada Xocalı soyqırımı abidəsinin ucaldılması professor Azər Qasımzadə və azərbaycanlı tələbələrin təşəbbüsü ilə həyata keçirilib. Universitetin rektoru, professor Sait Bilgic təşəbbüsə hörmətlə yanaşdığını bildirib və təhsil ocağının bütün rəhbər şəxslərinin fikri nəzərə alınıb. Əminliklə diqqətə çatdırılıb ki, ali məktəblər arasında ilk dəfə olaraq 19 May Universitetinin həyətində Xocalı Parkının açılması və orada Xocalı soyqırımı abidəsinin ucaldılması gələcəkdə başqa təhsil müəssisələrinin də bu təşəbbüsə qoşulmasına təkan verəcək.

Tədbir bədii hissə ilə davam edib. Azərbaycanlı tələbələr Xocalı soyqırımına, Vətənimizə həsr olunan şeirlər oxuyublar.

Sonra ölkəmizin Ankaradakı səfirliyinin təhsil müşavirliyi adından bu vətənpərvərlik missiyasında əməyi olan şəxslərə xatirə lövhələri təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video