28 Fevral 2019 02:30
498
İQTİSADİYYAT
A- A+

Daha ucqar demirlər


Bir il əvvələdək Qobustanda rayonun ucqar kəndlərindən söz düşəndə Poladlının da adı çəkilərdi. Bu, məsafənin uzaqlığı ilə yox, gediş-gəlişin çətinliyi ilə bağlı idi. Rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərovla həmin kəndə getmək üçün 25 dəqiqə vaxt sərf etdik. Kəndə çatanda dedi ki, əvvəllər 14,5 kilometrlik bu yolu bir saata, saatyarıma gedirdilər.

Poladlı kəndində ilk həmsöhbətimiz ərazi inzibati dairəsinin nümayəndəsi Teymur Ağayev oldu. O bildirdi ki, kəndin 1800 nəfər əhalisi var. Bağçılıq, heyvandarlıq və taxılçılıq sakinlərin əsas məşğuliyyət sahəsidir. Son illər narçılığa da maraq artıb. Kənddə yetişdirilən nar əsasən Rusiyaya ixrac olunur. Su, işıq, qaz və yol sarıdan heç bir problem yoxdur. Kəndə gələn yol dövlətin dəstəyi sayəsində yenidən qurulduqdan sonra əhali yetişdirdiyi məhsulları çox rahat şəkildə istədikləri yerə apara bilir.

Ömrünün 50 ilini ədəbiyyat müəllimi işləmiş, hazırda təqaüddə olan Qurban İsmayılov kənddə milli-mənəvi dəyərlərin qorunmasından söz açdı. Dedi ki, kəndin yetirmələri fizika-riyaziyyat elmləri doktoru, professor Seyidəli Haxıyev, professor Seyidəli Əmrahov, coğrafiyaçı-alim Nurəddin Bəndəliyev, neft üzrə mütəxəssis Nüsrət Əliyev yetirmələrə nümunə göstərilir. Rayon rəhbərliyi vaxtaşırı kəndimizə gəlir, problemlərimizlə maraqlanır, sakinlərin qaldırdıqları məsələlərə həssaslıqla yanaşr.

Kənd sakini Əbil Hüseynov dedi ki, atamdan eşitmişəm ki, 1951-ci ilədək bu kənddə cəmi 30-a yaxın ev olub. Həmin illərdə yaxınlıqdakı Girdə ərazisində yaşayan kolanlı camaatı buraya köçüb. Poladlılılar oturaq, kolanlılar köçəri həyat sürüblər.

Kəndin digər sakinləri, o cümlədən həmsöhbət olduğumuz Sərkər Fərəcov və Tofiq İsmayılov təzə çəkilən yolun dövlətin poladlılılara olan diqqətinin nəticəsi kimi dəyərləndirdiklərini bildirərək dedilər ki, indi rahat şəkildə rayon mərkəzinə gedib-gələ bilirlər. Bu yol təkcə onların kəndlərinə yox, həmin yolun üzərində olan digər kəndlərin sakinlərini də rahatlığa qovuşdurub.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video