28 Fevral 2019 02:24
357
İQTİSADİYYAT
A- A+

Hədəf Avropa bazarıdır


Balakəndə istehsal olunan meyvə şirələri və quru meyvələr MDB ölkələrində böyük rəğbət qazanıb


Ölkəmizdə qeyri-neft sektorunun inkişafı və bu sahəyə investisiya qoyuluşunun təmin edilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biridir. Şübhəsiz ki, qeyri-neft sektorunun inkişafına səbəb olan amillərdən biri də kənd təsərrüfatının davamlı inkişafıdır.

Bu baxımdan son illər Balakən rayonunda kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı, torpaqlardan səmərəli istifadə olunması, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir.


Fərqli mürəbbə, kampot, cem və sair məhsullar...


Təsadüfi deyil ki, hazırda rayonda kənd təsərrüfatının bütün sahələrində, o cümlədən meyvəçilikdə dinamik inkişaf var. Sahibkarlar və təsərrüfatçılar üçün yaradılan əlverişli şərait rayonda meyvə bağlarının sahəsinin gündən-günə genişlənməsinə səbəb olub. Cəlbedici məqamlardan biri də Balakəndə istehsal olunan meyvələrin emal olunaraq hazır məhsul şəklində istehlakçılara çatdırılması istiqamətində mühüm addımların atılmasıdır.

Belə müəssisələrdən biri də uzun illər bu məkanda fəaliyyət göstərmiş Balakən Konserv zavodu idi. Artıq 11 ildir ki, zavodun ərazisində fəaliyyətini tam müasir tələblər səviyyəsində quran "Balacans” MMC yaradılıb. Müəssisənin açılışı 2008-ci ilin sentyabr ayının 19-da dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilib.

Zavodun direktor müavini Vahid Kosayev deyir ki, müəssisə sırf meyvə şirələri istehsalı ilə məşğuldur. Burada fərqli mürəbbə, kampot, cem və sair məhsullar istehsal olunur. Müəssisənin alma, albalı, gavalı bağları da var.

Müəssisə özünün "WELL” adlanan brendini də yaradıb. Həmin brend altında təbii meyvə şirələri istehsal olunur. "Balacans” MMC fəaliyyətinin ilk başlanğıcından beynəlxalq bazarlara çıxışı hədəf seçdiyi üçün fəaliyyətində keyfiyyət faktorunu əsas götürüb.


Məhsullar əsasən MDB ölkələrinə ixrac olunur


Mövsümi işlər zamanı müəssisədə təxminən 250 nəfər işlə təmin olunur. Qış mövsümünə keçid dövründə isə burada orta hesabla 70-80 nəfər işləyir. Burada məhsulların keyfiyyətinin təmini ilə bağlı ayrıca laboratoriya da fəaliyyət göstərir. Orada çalışan mütəxəssislər xəttə şirə verilməyə başlayan andan hər 15 dəqiqədən bir xətdən 3-4 ədəd paket şirə götürərək yoxlayırlar. Bu zaman paketin və şirənin keyfiyyəti sınaqdan keçirilir. Əlavə olaraq xüsusi laboratoriya şəraitində laborantlar emala gedən məhsulu əkir və 3-4 gün qaldıqdan sonra tərkibində bakteriya olub-olmamasını yoxlayırlar.

Emal prosesində istifadə olunan su isə müəssisənin xüsusi istismar etdiyi kəhrizdən çıxır. Arteziandan gələn su ərazidəki hər biri 2 ton olan iki xüsusi çənə tökülür, orada filtrdən və membranlardan keçdikdən sonra 50 tonluq çənə vurulur. Beləliklə də tam təmizlənmə gedir. Bütün qeyd olunanlara baxmayaraq təhlükəsizlik meyarlarına əsaslanmaqla həmin su ildə iki dəfə Almaniyaya ixtisaslaşdırılmış laboratoriyaya göndərilir və orada sınaqdan keçirilir. Burada istehsal olunan məhsullar əsasən MDB ölkələrinə ixrac olunur


Almaniya və Dubaya məhsul nümunələri aparılıb


Burada əlavə olaraq "Balakans Foods” müəssisəsi də yaradılıb. Bu müəssisə əsasən meyvələrin qurudulması ilə məşğuldur. Müəssisənin yaradılması nəticəsində rayonda meyvəçiliyə maraq yenidən artıb. Burada əsasən yerli meyvələrdən istifadə olunur. Üstünlük xurma qurusuna verilir. Əlavə olaraq alma, şaftalı, albalı, gilas və sair məhsullar qurudulur. Həmin məhsullar Rusiya Federasiyası və yerli bazara realizə olunur. Paralel olaraq Ukrayna da alıcı ölkələr sırasındadır.

Ümumilikdə, müəssisə heç də mövcud bazarlarla qənaətlənmək fikrində deyil. Strateji inkişaf planına uyğun olaraq yaxın gələcəkdə Avropa ölkələrinə də məhsul ixrac ediləcək. Hazırda bu istiqamətdə danışıqlar aparılır. Artıq Almaniyaya, yaxın şərq ölkələrindən isə Dubaya məhsul nümunələri aparılıb və orada bəyənilib. Əlavə olaraq İsraildən də məhsullarla maraqlananlar var.

Hazırda burada 13 növ meyvənin qurudulması həyata keçirilir. Gələcəkdə isə çeşidlərin daha da artırılması nəzərdə tutulur.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video