Alternative content

19:38 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azercell” 2018-ci ilin nəticələrini açıqlayıb
“Azercell” 2018-ci ilin nəticələrini açıqlayıb
ANA SƏHİFƏ / ELANLAR
02:19 28.02.2019


Azərbaycana bir sıra texnoloji yeniliklər gətirən, innovativ həllər, müasir xidmətlər vasitəsilə abunəçilərin həyatını asanlaşdırmağı və rəqəmsallaşdırmağı qarşısına məqsəd qoyan, Azərbaycanın ilk GSM operatoru "Azercell” ölkə əhalisinin 99,8 faizini, ərazisinin isə 99,1%-ini (işğal olunmuş ərazilər xaric) əhatə edərək, ölkənin telekommunikasiya sektorunda 49 faiz bazar payı ilə lider mobil operator mövqeyində qərarlaşmağa davam edir.

Ölkənin qeyri-neft sektorunun ən iri vergi ödəyicisi kimi Azərbaycan iqtisadiyyatına hər zaman öz töhfəsini verən "Azercell” şirkəti 2018-ci ildə dövlət büdcəsinə 94,5 milyon manat, 22 il ərzində isə 1 milyard 732,3 milyon manat həcmində vəsait ödəyib. "Azercell” ölkədə telekommunikasiyanın inkişafına ötən il 59,5 milyon ABŞ dolları, 22 il ərzində 1 milyard 527 milyon ABŞ dollarından artıq sərmayə yatırıb. Şirkət 2018-ci ildə insan qaynaqlarının inkişafına 880 000 ABŞ dollarına yaxın, sosial layihələrə isə 266 000 ABŞ dollarından çox vəsait xərcləyib.


4G istifadəçilərinin sayı 1 milyonu keçib


Abunəçiləri yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək, rəqəmsal dünyanın ən son yeniliklərinin ölkədə tətbiqinə hazır olmaq üçün şəbəkənin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi və internet xidmətinin sürətinin daha da artırılması istiqamətində bir sıra mühüm təkmilləşdirmə layihələri müvəffəqiyyətlə icra olunub. Nəticə olaraq, ötən il "Azercell” şəbəkəsi üzərindən mobil internet trafikinin istifadəsi 2017-ci il ilə müqayisədə artaraq, 13 petabayta çatıb. İl ərzində 3 dəfə artan "Azercell”in 4G istifadəçilərinin sayı 1 milyonu keçib.

Rominq siyahısını daha da genişləndirərək, ötən il "Azercell” 19 yeni ölkə ilə saziş bağlayıb. Eyni zamanda, mobil internet xidmətini ölkə hüdudlarından kənarda daha münasib və əlçatan etmək üçün səyahət edən müştərilərə rominqdə istifadəyə nəzərdə tutulan xüsusi internet paketləri təqdim olunub. Bu paketlər 50 ölkədə fəaliyyət göstərən 70-dən çox operatorun şəbəkəsində istifadə edilə bilər.


Müştərilər tərəfindən ən çox tövsiyə olunan operator


Hər zaman abunəçilərinin rahatlığını düşünən şirkət 2018-ci ildə 16 yeni konsepsiyalı "Azercell Eksklüziv” mağazalarını istifadəyə verib. İl ərzində ümumilikdə 6 milyona yaxın abunəçiyə xidmət göstərilib. Qeyd edək ki, ötən il "Azercell”in 24/7 rejimində xidmət göstərən peşəkar Telefon Mərkəzi fəaliyyətinin 20 illiyini qeyd edib. 20 il ərzində Telefon Mərkəzi tərəfindən 50 milyondan artıq abunəçi müraciəti qəbul olunub.

Təsadüfi deyil ki, ötən il müştəri loyallığını ölçən NPS indeksinin ölkə üzrə ən yüksək göstəricisi - 82 faiz "Azercell”ə məxsus olub. Şirkətin Müştəri Məmnuniyyəti Sorğusunda əldə etdiyi nəticə 93 faizə bərabər olub.


Müasir texnologiyalar insan həyatının keyfiyyətini artırmaq üçündür


"Azercell”in Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasının əsasını yeni texnologiyalar və mobil telekommunikasiya xidmətləri vasitəsilə insan həyatının keyfiyyətinin artırılması, gündəlik həyatın asanlaşdırılması ideyası təşkil edir.

"Azercell” internetdən istifadə arealının genişlənməsi nəticəsində uşaqların üzləşə biləcəyi təhlükələri aradan qaldırmaq uğrunda "Internet Təhlükəsizliyi və Rəqəmsal Vətəndaşlıq” kimi mühüm əhəmiyyət kəsb edən bir layihə icra edir. Təhsil Nazirliyinin dəstəyi ilə Bakı və regionların orta təhsil müəssisələrində "Azərbaycan Müəllim İnkişafı Mərkəzi”nin mütəxəssisləri tərəfindən 400-dən çox şagird, müəllim və valideyn bu mövzuda bilgiləndirilib.

Ölkədə onlayn mütaliə mədəniyyətini ilk tətbiq edən şirkət məhz "Azercell” olmuşdur. "Azercell” müştəriləri arasında istifadəçi sayı 18 mini keçən və 1 milyona yaxın kitabı mobil cihaza sığdırmış Bookmate tətbiqi indi daha zəngin oldu. Noyabr ayında "Azercell” Bookmate tətbiqi çərçivəsində Audio kitab xidmətini mütaliəsevərlərin istifadəsinə verdi. Qısa müddət ərzində istifadəçi sayı 5000 nəfərə çatan bu xidmət ilkin olaraq 60 klassik əsəri Azərbaycan dilində səsləndirdi. İl boyu doğma dilimizdə səsləndirilən kitabların sayı artırılacaq.

KSM proqramlarının daimi təşəbbüskarı və iştirakçısı olan "Azercell”in Azərbaycan əhalisi arasında pulsuz müayinə təklifindən minlərlə insan yararlanıb. 2018-ci il ərzində "Azercell” "Mobil Göz Klinikası”nda 1368 nəfər müayinədən keçib, "Mobil Diş Klinikası”nda isə 628 nəfər pulsuz diş müayinəsi və müalicə alıb. "Azercell”in "Mobil Qan Klinikası” "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasında məskunlaşan uşaqları pulsuz müayinə edib.

Tələbələrin fərdi və akademik inkişafına hər zaman öz töhfəsini verən "Azercell”in ötən il elan etdiyi Tələbə Təqaüdü proqramına 1400-ə yaxın müraciət qeydə alınıb və onların arasından 25 qalib seçilib. "Azercell” Akademiyası tərəfindən il boyunca ümumilikdə 30 təlimçi tərəfindən aparılan 231 təlim sessiyası təşkil olunub.


Rəqəmsal sahibkarlığın inkişafına dəstək


Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində il ərzində texnoloji, qrup çalışmaları, forumlar, təlimlər, görüşlər, müsabiqələri əhatə edən 80 tədbir və 5 beynəlxalq toplantı keçirilib. Bölgələrdə və ali məktəblərin nəzdində Barama mərkəzlərinin filialları açılıb. Mərkəz tərəfindən 20 startap layihəsi dəstəklənib.

"Azercell Telekom” MMC müxtəlif dövlət qurumları və biznes təşkilatları ilə birlikdə bir sıra layihələrə, təlimlərə dəstək verib, tərəfdaş qismində iştirak edib. Bunlar sırasında Heydər Əliyev Fondu tərəfindən təşkil olunan və 18 min nəfəri bir araya gətirən "Bakı Marafonu” yarışmasını, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həyata keçirdiyi və regionlardakı gənc sahibkarları üzə çıxaran "İdeyadan Biznesə- İ2B” layihəsini, "Global İnfluencer Day” tədbirini, "Science via Media” layihəsini, Buktreyler Festivalını, "Əlilliyi olan tələbə və məzunların birinci əmək yarmarkasını”, "Barama Hackathon 2018” və "Seedstars World” müsabiqələrini, "A'Startap Sammiti 2018” intensiv seminarını və digər tədbirləri qeyd etmək olar.


MDB məkanında Qızıl IIP sertifikatı alan yeganə şirkət


Ötən il "Azercell Telekom” MMC güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq "Investors in People” (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək QIZIL sertifikatını qazandı. "Azercell” ölkəmizdə Qızıl sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.

"Azercell” beynəlxalq aləmdə nüfuz qazanan "Stevie” Beynəlxalq Biznes Mükafatında "İlin Telekommunikasiya Şirkəti” və "İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” nominasiyalarında Bürünc "Stevie” mükafatına layiq görülüb. Həmçinin qürurverici haldır ki, ötən il bu mükafatlar siyahısına "İnsanların Seçimi üzrə Stevie Mükafatı” da əlavə olunub. 2018-ci ildə ölkəmizdə mobil rabitənin keyfiyyətinin yüksəldilməsi, regionlarda 4G şəbəkəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin sürətli internetə çıxışının təmin olunması, müasir xidmətlərin, eləcə də yeni biznes həllərinin tətbiq edilməsi, abunəçi xidmətlərinin modernləşdirilməsi, həmçinin mobil texnologiyalar vasitəsilə həyatın asanlaşdırılması istiqamətində keçirilən layihə və bir sıra digər təşəbbüslər "Azercell”ə telekommunikasiya sahəsi üzrə "İlin Ən Sevilən Şirkəti” adını qazanmağa əsas verdi.

"Azercell”in nailiyyətləri bununla bitməyib. Belə ki, Azercell "Qlobal Liderlər Klubu” tərəfindən Azərbaycanda idarəetmə və dayanıqlı inkişaf sahəsində "Ən yaxşı şirkət”, Vahid Mürsəliyev isə "İlin rəhbəri” kimi mükafatlandırılıb.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM