Alternative content

12:11 20 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
01:30 20.03.2019 Növbəti simpozium
01:13 20.03.2019 Xalq oyunları
01:11 20.03.2019 Birlik bayramı
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
23:45 27.02.2019

Fevralın 27-də hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Əli Hüseynli gündəlikdə "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” məsələnin olduğunu deyib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışları, tikinti sahəsinə dair imzaladığı fərmanlar və sənədlərlə şəhərsalma və tikinti sahəsində fundamental, keyfiyyətcə yeni islahatların başlanğıcını qoyub. Hazırda təklif edilən dəyişikliklər Məcəllənin icrası ilə bağlı boşluqları doldurmağa və sənədin təkmilləşdirilməsinə xidmət edir.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Rəşad İsmayılov Məcəllədə edilən dəyişiklikləri şərh edib, xüsusilə, tikintiyə icazə verilməsinin ümumi qaydalarını ehtiva edən 75-ci maddə barədə deputatlara ətraflı məlumat verib.

Müzakirə zamanı qanun layihəsini ciddi təhlil edən komitə üzvləri təkliflərini səsləndiriblər.

İclasda iştirak edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov yeni layihədə əksini tapan bir sıra məsələlərə aydınlıq gətirib.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Anar Quliyev deputatları maraqlandıran suallara cavab verib.

Qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM