Alternative content

12:13 20 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
01:30 20.03.2019 Növbəti simpozium
01:13 20.03.2019 Xalq oyunları
01:11 20.03.2019 Birlik bayramı
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub
Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub
ANA SƏHİFƏ / PARLAMENT
23:41 27.02.2019

Fevralın 27-də Milli Məclisin aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Eldar İbrahimov gündəliyə "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin daxil edildiyini deyib. Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsinə əsasən Məcəllənin 56-cı maddəsinə 10-cu bəndin əlavə edilməsi təklif olunur.

Məsələ barədə məlumat verən Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini Vilayət Əlizadə bildirib ki, qanun layihəsi tikinti məqsədləri üçün torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etmiş şəxsə həmin torpaq sahəsində aparıla biləcək tikinti barədə əvvəlcədən xidmət haqqı ödəməklə rəy verilməsini nəzərdə tutur. Bu rəyin məqsədi torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin yerləşdiyi ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu müəyyən etməkdir. Nəticədə, torpaq sahəsini əldə edən şəxs orada hansı tikilini apara bilməsini proqnozlaşdıra biləcək, öz ehtiyaclarına uyğun torpaq sahəsini əldə etməsi imkanı yaranacaq, habelə gələcəkdə istədiyi tikilini həyata keçirmək problemi ilə qarşılaşması ehtimalı aradan qalxacaq.

Xidmət haqqının ödənilməsi halları, qaydası və məbləği qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Müzakirələr zamanı aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev, deputatlar Novruzəli Aslanov, Aydın Hüseynov, Elçin Quliyev, Tahir Süleymanov və başqaları layihə ilə bağlı fikirlərini bildiriblər.

İclasda iştirak edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev məsələyə münasibət bildirib.

Yekunda qanun layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM