27 Fevral 2019 15:06
345
SİYASƏT
A- A+

Fransa azərbaycanlılarının assosiasiyaları Xocalı soyqırımı ilə əlaqədar Emmanuel Makrona məktub ünvanlayıblar


Fransa azərbaycanlılarının 10 assosiasiyasının rəhbərləri Xocalı qətliamı ilə bağlı Prezident Emmanuel Makrona məktub ünvanlayıblar.

AZƏRTAC xəbər verir ki, məktubda Xocalı qətliamı haqqında ətraflı məlumat verilir. Fransa Prezidentindən Xocalı qurbanlarının xatirəsinin yad edilməsi üçün "Anım günü” elan etməsi istənilir.

Qeyd edilir ki, dünyada törədilmiş digər genosidlərdən fərqli olaraq Xocalı soyqırımının müəllifi özü bu qanlı hadisədə birbaşa əli olduğunu etiraf edib. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan britaniyalı jurnalistə Xocalı hadisələrini planlı şəkildə həyata keçirdiklərini, erməni silahlı qüvvələrinin bu cinayətdə rolunu açıq şəkildə etiraf edib. Bu, sonradan jurnalist Tomas de Vaalın "Qara bağ” kitabında göstərilib.

Məktubda uşaqlar, qadınlar və yaşlılar daxil olmaqla 613 azərbaycanlının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirildiyi, mindən çox insanın girov götürüldüyü diqqətə çatdırılır. Bildirilir ki, Xocalı qətliamı haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə 2008-ci ildə "Xocalıya ədalət!” beynəlxalq kampaniyası başladılıb. Bu beynəlxalq kampaniya çərçivəsində bəzi ölkələrin parlamentləri, eləcə də ABŞ-ın iyirmidən çox ştatı Xocalı qırğınını soyqırımı kimi tanıyıb. Eyni zamanda, ermənilərin azərbaycanlılara qarşı cinayətləri Avropa Şurası Parlament Assambleyası tərəfindən də pislənilib.

"Ümid edirik ki, Fransa bu beynəlxalq kampaniyadan kənarda qalmayacaq və Xocalı şəhərində törədilmiş kütləvi qırğına ədalətli şəkildə siyasi və hüquqi qiymət verəcək. İnsan hüquqlarının vətəni olan, müharibə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərin qurbanlarının xatirəsinin yad edilməsinə xüsusi əhəmiyyət verən Fransa Xocalıdakı kütləvi qırğını genosid kimi tanıyacaq və bu faciəvi hadisələrin qurbanlarının xatirəsini yad etmək üçün "Anım günü” müəyyən edəcək”, - deyə məktubun müəllifləri bildirirlər.

Məktubda vurğulanır ki, Xocalı qırğını Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzün nəticəsidir. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunu və onun ətrafındakı 7 rayonu, yəni, ölkə ərazisinin 20 faizini işğal edib. Bir milyondan çox azərbaycanlı bu təcavüzün qurbanı olaraq doğma yurdlarından didərgin düşüb. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində həyata keçirdiyi etnik təmizləmədən qurtulan azərbaycanlılar ümid edirlər ki, onlar ədalətin bərpa olunduğunu görəcəklər. Xocalı müasir tarixin qanlı səhifəsidir. Xocalı soyqırımının tanınması, onun qurbanlarına münasibətdə ədalət nümunəsi xalqlarımızı birləşdirən dostluğun sübutu olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video