27 Fevral 2019 07:21
977
SİYASƏT
A- A+

Dünya tarixinin qanlı cinayəti


Qasım QASIMOV,
Dövlət Neft Şirkətinin əməkdaşı:

- 27 il öncə Xocalıda dinc əhaliyə qarşı həyata keçirilən dəhşətli qətliamın ağrı-acısını bu gün də yaşayırıq. Bir gecənin içində şəhərin yerlə-yeksan edilib 613 dinc sakininin qətlə yetirilməsi dünya tarixinin ən qanlı cinayətlərindəndir.

Lakin bu cinayəti törətmiş insanlar hələ də beynəlxalq məsuliyyətə cəlb olunmayıblar. Dünya bu təcavüzə, soyqırımı aktına layiqli qiymət vermir. Səbəbi isə bizə yaxşı bəllidir. Lakin buna baxmayaraq Azərbaycan dövləti Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.

Prezident İlham Əliyev isə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində böyük səy göstərir. Dövlət başçısı elə bir beynəlxalq təşkilat yoxdur ki, orada çıxışında, elə bir müsahibəsi yoxdur ki, səsləndirdiyi fikirlərində işğalçı Ermənistandan, onun təcavüzkar siyasətindən bəhs etməsin. Bu da, əsl həqiqətlərin dünyaya çatdırılmasında böyük rol oynayır.

Dünən keçirilən ümumxalq yürüşü də bu siyasətin növbəti mərhələsi idi. Dövlət başçısının iştirakı ilə 2012-ci və 2017-ci illərdə də ümumxalq yürüşü keçirilmişdi. Minlərlə insanın qatıldığı bu yürüşdə Azərbaycan xalqı Xocalı faciəsinin günahkarları cəzalandırılmayana qədər barışmaz mövqe tutacağını dünya ictimaiyyətinə bir daha çatdırdı. Prezidentin arxasınca addımlayan on minlərlə insan öz susqunluğu ilə dünya birliyindən ikili standartlara son qoyulmasını, dünyanın gözü önündə baş verən qanlı cinayətə qiymət verilməsini tələb edirdi.

Dünyanı ədalətə səsləyən ümumxalq yürüşü bir daha göstərdi ki, Azərbaycan xalqı sülh və tapdalanmış hüququnun ədalətli həllini istəyir. Azərbaycanı istəyən də, istəməyən də şahidi oldu ki, xalq hər zaman öz liderinin arxasındadır və bu birlik gec-tez öz haqqına sahib çıxacaq. O zaman Xocalıda qətlə yetirilən günahsız insanların və bütün şəhidlərimizin ruhu şad olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video