27 Fevral 2019 01:55
895
SİYASƏT
A- A+

Yenə də liderimizin ardınca gedirdik


Amil CAVADOV,
YAP Gənclər Birliyinin Şura üzvü:

- Bəşəriyyətə qarşı ən böyük cinayətlərdən olan Xocalı faciəsindən 27 il ötsə də, Azərbaycan xalqı bu qanlı faciəni unutmur, unutmayacaq da. Dünya bir daha buna şahidlik etdi. Hər kəsə bəlli oldu ki, nə qədər ikili standartlar tətbiq edilsə də, haqqı tapdansa da Azərbaycan xalqı ayaqdadır və bu mübarizədən qətiyyən geri çəkilməyəcək.

Ümumxalq yürüşünün önündə Ali Baş Komandan İlham Əliyevin ailə üzvləri ilə birgə addımlaması isə hər birimizi qürurlandırdı. Bu, ilk növbədə soyqırımı qurbanlarının, şəhidlərin ruhu qarşısında insanlıq borcumuz idi. Eyni zamanda bu yürüş xalqın daim Prezidentin yanında olduğunu, cənab İlham Əliyevin ərtafında bir yumruq kimi birləşdiyini göstərdi. Hər zaman belə olub və bundan sonra da belə olacaq.

"Xocalıya ədalət!” şürarı ilə "Ana harayı” abidəsinə doğru gedən minlərlə insanın ayaq səsləri dünyanı terrorizmin qarşısını qətiyyətlə və birgə səylə almağa, insanları rənginə, irqinə, dininə, millətinə görə növlərə bölmədən bütün hüquqlarını qətiyyətlə qorumağa çağırırdı.

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin minlərlə üzvünün də iştirak etdiyi bu yürüş göstərdi ki, torpaqlarımızın işğaldan azad ediləcəyi günə, soyqırımı qurbanlarının qanının yerdə qalmayacağına çox qalmayıb. Yürüş işğalçı Ermənistana da mesaj ünvanladı - Azərbaycan xalqı heç vaxt işğal, təcavüz faktı ilə barışmayacaq.

Hesab edirəm ki, Xocalıda törədilmiş vəhşiliyin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hər bir azərbaycanlı, xüsusən də gənclər üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin minlərlə üzvü də bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəallıqlarını artırmışlar.

Bu istiqamətdə keçirilən tədbirlərin coğrafiyası genişləndirilmişdir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın bu məsələdə xidmətləri xüsusilə qeyd edilməlidir. Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər də təqdirəlayiqdir.

Dövlət başçısının siyasi iradəsi, bu istiqamətdə atdığı addımlar, apardığı danışıqlar nətəcəsində dünyanın bir çox ölkələri, beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar ölkə kimi tanıyırlar.

Əminliklə vurğulayıram ki, Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq aləmdə ifşa edilməsinə nail olmaq üçün qüvvələrini səfərbər edən YAP Gənclər Birliyinin bütün üzvləri bundan sonra da ciddi çalışacaq və Azərbaycan Prezidentinin bu istiqamətdə apardığı siyasətə öz töhfəsini vermək üçün əlindən gələni əsirgəməyəcək.


Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video