Alternative content

09:33 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oğuzda tibbi müayinələr operativ keçirilir
Oğuzda tibbi müayinələr operativ keçirilir
ANA SƏHİFƏ / Səhiyyə
01:42 27.02.2019


Əhalinin pulsuz tibbi müayinəsi Oğuz rayonunda da mütəşəkkil şəkildə keçirilməkdədir. Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Anar Əzizov məlumat verdi ki, səhiyyə nazirinin əmri ilə fevral ayının 12-dən əhalinin tibbi müayinəsi aparılır. Üç ay müddətində 18 yaşdan yuxarı insanlar müayinəyə cəlb olunur. Bunun üçün mərkəzi xəstəxananın poliklinika və qəbul şöbələrində lazımi şərait yaradılıb.

Bundan başqa, rayonun Xaçmaz kənd xəstəxanasında da müayinələr aparılır. Yaxınlıqda yerləşən 7-8 kəndin sakinləri ora müraciət edirlər. İnsanlar təşkil olunmuş həkim briqadaları tərəfindən ilkin müayinəyə cəlb olunurlar. Əlavə laborator rentgen müayinəsi tələb olunduqda digər müalicələrə də cəlb edilirlər.

Stasionar müalicə xəstəxanada davam etdirilir. Ciddi xəstəliyi olanlar Bakı şəhərindəki müvafiq xəstəxanalara göndərilir.

İndiyədək rayon üzrə 5 min nəfərdən çox vətəndaş müayinədən keçib.

Rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərin də bu kampaniyaya qoşulması və sakinlərin müayinələrinin aparılması üçün 3 səyyar briqada yaradılıb. Həkim briqadaları rayon icra hakimiyyətinin müyyən etdiyi qrafik əsasında həmin kəndlərə gedəcəklər.

Bakı şəhərində müalicə olunmaq üçün göndəriş verilənlər hələlik 20 nəfərdən çoxdur. Bunlar da əsasən xroniki xəstəliyi (astma, ürək çatışmazlığı, artrid) olan insanlardır. Onların rayon xəstəxanasında stasionar qaydada müalicəsində problemlər yaşanır. Nisbətən yüngül xəstəliyi olanlar isə rayonda saxlanılaraq müalicə edilirlər.

Anar Əzizov qeyd etdi ki, rayonda pulsuz tibbi müayinələrin aparılmasının vacib cəhətlərindən biri də insanlarda heç onların ağıllarına belə gəlməyən xəstəliklərin aşkar edilməsidir. Bunların sırasında Hepatit B və C kimi həyat üçün təhlükəli olan xəstəlikləri göstərmək olar. Yalnız ötən il keçirilən tibbi müayinələr zamanı 30 nəfər sakində belə xəstəlik aşkarlanmışdı. Onlar da operativ müdaxilə nəticəsində sağlamlıqlarına qovuşmaq şansı qazanıblar.

Qeyd edək ki, rayon üçün spesifik xəstəliklər sırasında iqlimlə bağlı olan revmatik xəstəlikləri göstərmək mümkündür.

Əli SƏLİMOV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM