27 Fevral 2019 00:57
750
Mədəniyyət
A- A+

Müasir İncəsənət Muzeyində Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” adlı sərgisi açılıb


Fevralın 26-da Müasir İncəsənət Muzeyində Xalq rəssamı, professor Arif Hüseynovun Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar "Qarabağnamə - tarixin səhifələri” adlı sənədli-bədii qrafika sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan sərgidə rəssamın 50-dən çox sənədli-bədii qrafika əsəri nümayiş olunur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov deyib ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar müxtəlif anım tədbirləri keçirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə və xaricdə təşkil edilən bu cür tədbirlər sayəsində dünya ictimaiyyətinin Xocalıya olan diqqəti daha da artır. Xalq rəssamı Arif Hüseynovun Qarabağ mövzusunda əsərlərindən ibarət bugünkü sərgi də Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilib və buna görə Fondun rəhbərliyinə təşəkkür edirik.

Sərginin əhəmiyyətindən danışan X.Abdinov deyib ki, ekspozisiyada nümayiş olunan əsərlər tarixi materiallara əsaslanır. Bu əsərlərdə Alban kilsəsi, tarixi yerlərin mənzərələri və tarixi şəxsiyyətlərin portretləri təsvir olunub. Əsərlərdə Türkmənçay müqaviləsi, Alban kilsələrinin dəyişdirilməsi, Xocalıya aid kompozisiyalar əks etdirilir.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vurğulayıb ki, xalqımızın tarixində yaşanan kədərli və fərəhli hadisələrə hər zaman sənətkarlarımız tərəfindən bədii münasibət göstərilib. Xocalı soyqırımı xalqımızın tarixində elə dəhşətli hadisələrdəndir ki, ona münasibət göstərməmək qeyri-mümkündür.

"Xalq rəssamı Xanlar Əhmədov, tanınmış kinorəssam Nazim Məmmədov və digər fırça ustaları bu hadisələri öz əsərlərində təsvir ediblər. Arif Hüseynovun əsərlərində tarixə, yaşanılan hadisələrə sənədli münasibət mövcuddur. Düşünürəm ki, belə əsərlərin ölkəmizin hüdudlarından kənarda da nümayişi vacibdir. Bu əsərlər Xocalı faciəsinin dünyaya tanıdılması və təbliğində yardımçı ola bilər. Sərginin təşkil olunmasına verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığımızı bildiririk”, - deyə Ziyadxan Əliyev bildirib.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov söyləyib ki, sərgidəki əsərlərdə xalqımızın ağrı-acıları əks olunub. Belə sərgilər mütəmadi olaraq təşkil edilməlidir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səhlab Məmmədov, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov çıxış edərək sərginin əhəmiyyətini vurğulayıb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonra tədbirin iştirakçıları sərgi ilə tanış olublar.

Xalq rəssamının sərgidə nümayiş etdirilən "I Pyotrun məktubu”, "Türkmənçay müqaviləsi”, "Güllələnmiş heykəllər”, "Qarabağ müharibəsi”, "Pənahəli xan”, "Xalq musiqiçiləri” kimi əsərlərində tarixi həqiqətlərin rəssam təxəyyülü ilə ərsəyə gətirdiyi təsvirlər kifayət qədər cəlbedici və yaddaqalandır. Sərgidəki bütün əsərlər qravüra janrında işlənilib. Sərgi bütövlükdə tarixi faktlar əsasında qurulub və maarifləndirici xarakter daşıyır.

Uzun illərdir ki, rəssam vaxtının bir hissəsini gənc nəslin nümayəndələri, uşaq və yeniyetmələrlə işləməyə sərf edir. Azərbaycan təsviri incəsənətinin gələcəyi üçün yeni rəssamlar hazırlayır. Rəssam öz əsərləri ilə Azərbaycan xalqının zəngin daxili dünyasını və xüsusiyyətlərini təsvir edir. Əsərlər tarixi materiallara əsaslanır. Silsiləyə daxil olan əsərlərdə Alban kilsəsi, tarixi faktlar, tarixi yerlərin mənzərələri və tarixi şəxsiyyətlərin portretləri təsvir olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video