26 Fevral 2019 22:19
386
SİYASƏT
A- A+

Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Ombudsman tərəfindən silsilə tədbirlər təşkil edilib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatında, onun regional və resurs mərkəzlərində Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib. Bu barədə AZƏRTAC-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Aparatda keçirilən anım tədbirində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Ombudsmanın Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanatı diqqətə çatdırılıb. Bildirilib ki, bəyanat BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Bəyanatda qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi qiymətləndirilməlidir. 27 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış, milli mənsubiyyətinə görə 613 nəfər soydaşımızın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, eyni zamanda, çoxsaylı əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Bu zaman insanların əsas hüquqları, ən başlıcası, yaşamaq hüququ kütləvi şəkildə pozulub.

Habelə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə Ombudsman Elmira Süleymanova, Ombudsman Aparatının, resurs mərkəzləri olan Azərbaycan Qadın və İnkişaf Mərkəzinin, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin nümayəndələri iştirak ediblər.

Müvəkkil həmin tədbirdə geniş çıxış edərək, bu soyqırımından sonrakı illər ərzində hər birimizin ürəkağrısı ilə yaşadığını deyib, bu faciənin və erməni təcavüzünün ağır nəticələrinin olduğunu bildirib. O, bu işğal zamanı erməni millətçilərinin Xocalı şəhərindən başqa, Azərbaycanın Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində də kütləvi qırğınlar törətdiklərini, Azərbaycan həqiqətlərinin, zəbt edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarımız barədə məlumatların dünyaya çatdırılmasının hər bir soydaşımızın vəzifəsi və borcu olduğunu söyləyib.

Xatırladaq ki, bir müddət əvvəl uşaqların öz müraciətləri ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə kütləvi imzatoplama kampaniyası təşkil edilib. "Biz sülh elçisiyik! Bizə qoşulun!” devizi ilə aparılan ümumrespublika aksiyası çərçivəsində ölkəmizin müxtəlif guşələrində yaşayan və təhsil alan 310 mindən artıq məktəblinin, o cümlədən qaçqın və məcburi köçkün uşaqların imzaları toplanıb, imza vərəqələri BMT baş katibinin müavini, uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinə göndərilib və bu kampaniyada Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində Liderlik Məktəbi yetirmələrinin fəal iştirakı olub.

Qeyd edək ki, Müvəkkilin Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanatı onun təşkil etdiyi bütün tədbirlərdə səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video