26 Fevral 2019 21:44
325
SİYASƏT
A- A+

Azərbaycanın Müdafiə Nazirliyi: David Tonoyanın fikirləri hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir


Ermənistanın müdafiə naziri David Tonayan mülki şəxsdir və onun hərbi strategiyanın, daha dəqiq desək, müdafiə və hücumun nədən ibarət olması barədə heç bir anlayışı yoxdur.

Bu barədə D.Tonayanın Ermənistanın ictimai televiziyasında çıxışı zamanı bu ölkənin hərbi strategiyasının müdafiədən hücuma dəyişdiyini söyləməsi ilə əlaqədar AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildiriblər.

Nazirliyin açıqlamasında qeyd edilib: "D.Tonoyan müdafiə nazirinin müavini olduğu vaxt - 2016-cı ilin Aprel döyüşlərində, eləcə də nazir vəzifəsində çalışdığı dövrdə baş verən Günnüt əməliyyatı zamanı "hücuma keçmək” istəyən Ermənistan ordusunun döyüş meydanından necə qaçdığının şahidi olmuşuq. Onun hərbi sahədə diletant olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, bu populist fikirlər yalnız daxili auditoriya üçün nəzərdə tutulub və hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir.

Azərbaycan Ordusunun bütün istiqamətlərdə Ermənistan ordusundan üstün olduğunu və imkanlarının müqayisəedilməzliyini Tonayan özü də etiraf edib. Yaxın gələcəkdə Ermənistan ordusunun Azərbaycan Ordusunu nəinki ötüb keçmək, hətta Ordumuzla heç bir sahədə müqayisə olunmaq perspektivi belə yoxdur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video