26 Fevral 2019 19:35
481
DÜNYA
A- A+

Almaniyada dövlət qulluqçuları tətilə başladılar


Almaniyada dövlət qulluqçularının yeni tətil dalğası başlamışdır. Tətil iştirakçıları əməkhaqqını artırmağı tələb edirlər. Bu barədə "Alman dalğası” radiostansiyası xəbər verir.

Xəbərdarlıq tətilləri ilə əlaqədar ölkənin bir neçə şəhərində uşaq bağçaları bağlanmış, məktəb və universitetlərdə dərslərin bir hissəsi ləğv edilmişdir.

Srağagün Hamburq, Yen şəhərlərində, Baden-Vürtemberq vilayətinin şimal və cənubunda, habelə Şlezviq-Qolşteyndə nümayişlər keçirilmişdir. Şimali Reyn-Vestfaliya vilayətində Ahen, Bonn, Düsseldorf, Essen və Köln şəhərlərində xəstəxanaların əməkdaşları tətilə qoşulmuşlar.

Dünən Düsseldorf, Nürnberq və Saarbrükkendə aksiyalar keçirilmişdir. Bu gün isə Bremen, Aşağı Saksoniya, Erfurt və Şverində tətil planlaşdırılır.

Müxtəlif həmkarlar ittifaqlarının təşkil etdiyi xəbərdarlıq tətillərində məmurlardan başqa bütün dövlət qulluqçuları iştirak edə bilərlər. Aksiya iştirakçıları əməkhaqqının 6 faiz, yaxud minimum 200 avro məbləğində artırılmasını tələb edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video