26 Fevral 2019 19:21
480
CƏMİYYƏT
A- A+

Ekspert: Müavinətin artırılması məcburi köçkünlərin sosial təminatı baxımından çox vacibdir



Aylıq müavinətin məbləğinin artırılması məcburi köçkünlərin sosial təminatı baxımından çox vacibdir.

Bu sözləri AZƏRTAC-a iqtisadçı ekspert Vüqar Bayramov deyib.

"2017-ci il yanvarın 1-dən etibarən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə vahid aylıq müavinət ödənilir. Bu vəsait onların kommunal xidmətlərə dair xərclərinin ödənilməsi məqsədilə dövlət tərəfindən əvəzsiz olaraq verilir. 2017-ci ilin əvvəlində bu rəqəm 36 manat idi, ötən il isə 40 manata çatdırılmışdı. Prezident İlham Əliyevin fevralın 26-da imzaladığı Sərəncamla müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılacaq. Son dəyişiklikdən sonra həmin məbləğ 60 manat olacaq. Bu isə o deməkdir ki, əgər ailənin 4 üzvü varsa, onlar dövlət büdcəsindən aylıq 240 manat vəsait əldə edəcəklər. Müavinətin məbləğinin artırılması məcburi köçkünlərin sosial təminatı baxımından çox vacibdir. Bu, məcburi köçkün ailələrinə dəstək kimi qiymətləndirilməlidir. Həmçinin bu, ailə üzvlərinin sayı çox olan məcburi köçkünlərə dövlət büdcəsindən daha çox vəsait əldə etmək imkanı verəcək. Əvəzsiz ödənilən həmin vəsait dövlətin əvəzsiz dəstəyidir. Bu kontekstdən son addım ölkəmizdə həyata keçirilən sosial islahatların bir elementi kimi qiymətləndirilməlidir. Bu, praktik olaraq kifayət qədər həssas qrup hesab edilən məcburi köçkünlərin sosial təminatının daha da yaxşılaşdırılmasına dəstək kimi xarakterizə olunur”, - deyə ekspert bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video