26 Fevral 2019 19:00
372
SİYASƏT
A- A+

Xocalı soyqırımının 27-ci ildönümü ədliyyə orqanlarında yad edilib


İki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olan Xocalı faciəsindən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçib, bütün beynəlxalq hüquq normalarını pozaraq, şəhərə zirehli texnika yeridib, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutublar. Bu qanlı qırğın zamanı yüzlərlə insan qətlə yetirilib və ağır yaralanıb, mindən çoxu girov götürülüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, soyqırımının 27-ci ildönümü ilə əlaqədar nazirlikdə və struktur qurumlarda keçirilmiş anım tədbirlərində Xocalı faciəsinin sülh və bəşəriyyət əleyhinə yönələn əməl olduğu və ən ağır beynəlxalq cinayət sayıldığı bildirilib, bu qanlı hadisəyə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi vurğulanıb.

Yığıncaqlarda bu kütləvi qırğının acı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması istiqamətində Prezident İlham Əliyev tərəfindən mühüm addımların atıldığı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə məqsədyönlü və ardıcıl tədbirlərin keçirildiyi, bu baxımdan "Xocalıya ədalət!” kampaniyasının önəmi xüsusilə qeyd edilib.

Nazirlikdə Xocalı soyqırımından bəhs edən müxtəlif dillərdə çap olunmuş nəşrlər, habelə kinozalda filmlər, foto və videomateriallardan ibarət slaydlar nümayiş etdirilib. Ədliyyə Akademiyasında "Sülh və insanlıq əleyhinə cinayət törətmiş şəxslərin cəzalandırılması məsələləri” mövzusunda dəyirmi masa keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video