26 Fevral 2019 18:42
691
Təhsil
A- A+

Xocalı şəhidinin anası: Ermənilərin törətdikləri soyqırımı cinayətlərinə görə cəzalarını alacaqlarına inanıram


Xocalı soyqırımı gec-tez dünyada tanınacaq, bu cinayəti törədənlər ədalət mühakiməsi qarşısında cavab verməli olacaqlar. Ermənilərin tezliklə cəzalarını alacaqlarına inanıram.

Bunu AZƏRTAC-a müsahibəsində şəhid Məzahir Əbilovun anası Qənirə Əbilova deyib.

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən Q.Əbilova bildirib ki, Xocalı şəhəri çətin vəziyyətdə olanda oğlu Məzahir Əbilov Xocalı Rayon Polis Şöbəsinin əməkdaşı işləyib və orada öz polis yoldaşları ilə birlikdə qarlı gecədə mühasirədə qalmış uşaqların, qadınların və yaşlı insanların xilas olunmasına kömək edərkən ermənilər tərəfindən öldürülüb.

O deyib ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması, bu qətliama beynəlxalq aləmdə siyasi-hüquqi qiymətin verilməməsi ədalətsizlikdir.

Şəhid anası qəsbkar Ermənistanın tarixboyu heç zaman ona məxsus olmamış Azərbaycan torpaqlarını xoşluqla, ya da zor gücünə geri qaytarmağa məcbur olacağını, şəhidlərimizin qanının yerdə qalmayacağını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video