26 Fevral 2019 14:28
435
SİYASƏT
A- A+

Sankt-Peterburqda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib


Sankt-Peterburqda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu tərəfindən təşkil edilmiş tədbirdə Rusiyanın şimal paytaxtının ictimai və siyasi xadimləri, diaspor təşkilatlarının nümayəndələri, tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Azərbaycan xalqının tarixində ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımından ətraflı bəhs edib. O deyib: "27 il əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhəri erməni silahlı dəstələri tərəfindən zəbt olunub. Hücum şəhər əhalisinin gülləboran edilməsi ilə başlayıb. Nəticədə 613 nəfər qətlə yetirilib, 487 dinc sakin yaralanıb, 1275 insan girov götürülüb, 197 xocalılı itkin düşüb. Orada dinc əhalini xüsusi qəddarlıqla qətlə yetiriblər. Bu, Azərbaycan xalqına qarşı törədilmiş əsl soyqırımı aktı idi”.

2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” kampaniyasının keçirildiyini xatırladan baş konsul qeyd edib ki, bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı hadisələri haqqında daha ətraflı məlumatlandırılmasıdır. Xocalı soyqırımının 10-dan çox ölkə tərəfindən tanındığını vurğulayan diplomat əlavə edib ki, bu, tarixi həqiqətlərin düzgün əks etdirilməsi nöqteyi-nəzərindən və dəhşətli cinayəti törədənlərin mühakimə olunması baxımından əhəmiyyətlidir.

S. Qasımov qeyd edib: "Bu tədbirin keçirilməsi bir daha göstərir ki, Xocalı qurbanlarının xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayır. Bu gün Sankt-Peterburq azərbaycanlıları və dünyadakı soydaşlarımız bütün dövlətlərə və beynəlxalq təşkilatlara soyqırımı aktlarının və terrorun mühakimə olunması barədə müraciət edirlər”.

Tədbirdə Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov çıxış edərək gələcək nəsillərin Xocalı faciəsini unutmamalarının zəruriliyini qeyd edib. O vurğulayıb ki, bu cinayət təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video