26 Fevral 2019 14:15
413
SİYASƏT
A- A+

ABŞ-ın “News Blaze” nəşri Xocalı faciəsi və erməni tərəfinin cəzasız qalması barədə məqalə dərc edib


ABŞ-ın "News Blaze” nəşrinin dərc etdiyi amerikalı jurnalist və publisist Nurit Qringerin "Azərbaycanda da deyirlər: "Bir daha heç vaxt!”” sərlövhəli məqaləsində Xocalı faciəsindən, bu kütləvi qırğının günahkarlarının cəzasız qalmasından, həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) erməni təcavüzünə münasibətdə fəaliyyətsizliyindən bəhs edilir.

AZƏRTAC xəbər verir ki, müəllif 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı bölmələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinə soxulmasından, erməni əsgərlərinin qarşılarına çıxan günahsız insanların hamısını, o cümlədən qadınları, uşaqları, qocaları güllələmələrindən, 613 dinc sakini vəhşicəsinə qətlə yetirmələrindən yazır. Həmin gecə minə yaxın azərbaycanlı erməni təcavüzkarları tərəfindən əsir və girov götürülüb.

Azərbaycan tərəfinin, "Memorial” hüquq müdafiəsi mərkəzinin, "Human Rights Watch” təşkilatının, digər beynəlxalq qurumların və müşahidəçilərin məlumatına görə, soyqırımı aktı MDB-nin 366-cı alayının hərbçilərinin iştirakı ilə etnik erməni silahlı dəstələri tərəfindən törədilib. Qringer qeyd edir ki, lakin erməni tərəfinin təcavüzü Xocalı qətliamı ilə bitməyib. 1993-cü ildən 1994-cü ilədək erməni qoşunları keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə bitişik olan rayonları işğal edib, bununla da suveren Azərbaycanın ərazilərinin 20 faizini ələ keçiriblər. Münaqişə nəticəsində 800 min azərbaycanlı məhz öz ölkəsində məcburi köçkünə çevrilib.

BMT-nin Təhlükəsizlik Şurası bu işğalı və etnik təmizləməni pisləyərək 4 qətnamə qəbul edib. Qətnamələrdə erməni qoşunlarının işğal etdikləri Azərbaycan rayonlarından çıxarılması tələb edilir. Lakin Ermənistan bu günədək bu qətnamələrə məhəl qoymamağı davam etdirir və BMT Ermənistanı bu qətnamələrin şərtlərini yerinə yetirməyə məcbur etmək üçün heç bir fəaliyyət göstərmir. Müəllif qeyd edir ki, Xocalı soyqırımı haqqında həqiqətin yayılması məqsədilə 2008-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” kampaniyası başladı.

Məqalədə, həmçinin ötən həftə Los-Ancelesdəki İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilən tədbirdən danışılır. Vurğulanır ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin çıxış etdiyi tədbirdə bir sıra ölkələrin baş konsulları, dini liderləri və icma rəhbərləri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video