26 Fevral 2019 14:14
439
SİYASƏT
A- A+

Şimali Kipr parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub


Şimali Kipr parlamentində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar müzakirələr aparılıb.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Yenidən Doğuş Partiyasının sədri, deputat Ərhan Arıqlı Şimali Kipr parlamentinin iclasında Xocalı soyqırımı mövzusunda çıxış edib. O deyib: "Milli və dini mənsubiyyətinə görə insanları kütləvi halda və amansızlıqla qətlə yetirmək, başqasının torpağını işğal etmək məqsədilə həyata keçirilən Xocalı soyqırımı insanlıq tarixinin ən dəhşətli cinayətidir. Xocalı soyqırımı Azərbaycanın və bizlərin ortaq acısıdır. Xocalıda 613 günahsız insan vəhşicəsinə qətlə yetirilib, meyitlər təhqir olunub, əsirlərlə amansız davranılıb”.

Erməni yazıçı Zori Balayanın həkim adına ləkə gətirən cinayətlərindən danışan deputat Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlanılmasının davam etməsini yolverilməz hadisə kimi dəyərləndirib. O qeyd edib ki, Ermənistan beynəlxalq hüquqa əməl etməli, Xocalı faciəsi dünya dövlətləri tərəfindən soyqırımı aktı kimi tanınmalıdır.

Dünyadakı ikili standartların sülhə və əmin-ənamlığa böyük təhlükə yaratdığını bildirən deputat qeyd edib ki, Şimali Kipr parlamenti tezliklə Xocalı soyqırımına münasibət bildirməli, dünya ictimaiyyətinə çağırış etməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video