26 Fevral 2019 11:27
410
SİYASƏT
A- A+

Kolumbiya parlamenti Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan səfirliyinə başsağlığı məktubu ünvanlayıb


Xocalı soyqırımı ilə əlaqədar Kolumbiya parlamentinin beynəlxalq əlaqələr komitəsinin sədri Xaime Duran və həmin komitənin baş katibi Dieqo Alexandro Qonzalez tərəfindən ölkəmizin Boqotadakı səfirliyinə başsağlığı məktubu ünvanlanıb.

AZƏRTAC xəbər verir ki, məktubda Kolumbiya qanunvericiləri Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, azərbaycanlılarla həmrəy olduqlarını bildirirlər. Eyni zamanda, Xocalı soyqırımında 613 insanın amansızlıqla qətlə yetirilməsi bəşəriyyətə qarşı tarixi cinayət kimi qiymətləndirilərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün öz yurdlarını tərk etməsindən təəssüf ifadə olunur.

Xaime Duran Azərbaycan xalqına bir daha dəhşətli faciələrlə üzləşməməsini və mövcud münaqişənin qısa zamanda danışıqlar yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını arzulayır, həmçinin ölkəmizə sülh və tərəqqi diləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video