25 Fevral 2019 16:28
336
CƏMİYYƏT
A- A+

Əmək və əhalinin sosial müdafiə naziri Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şakinlərlə görüşüb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şakinlərlə görüş keçirilib. Görüşdə soyqırım zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 27 il əvvəl erməni quldurlarının Xankəndidəki 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərində törətdikləri soyqırımın bəşər tarixinə böyük qanlı faciə, insanlığa qarşı tarixi cinayət kimi daxil olduğunu bildirib.

Nazir qeyd edib ki, Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri dinc şəhər sakinləri olan 613 azərbaycanlınıı, o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı xüsusi qəddarlıqla qətlə yetirib. 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərinin birini itirib. 1275 nəfər girov götürülüb, yüzlərlə dinc sakin ağır xəsarətlər alıb. Xocalının çoxlu sakini əsir və girov götürülərək amansız işgəncələrə məruz qalıb. Şəhərin infrastrukturu tamamilə dağıdılıb və yandırılıb.

S.Babayev xalqımızın ümummilli lideri Heydər Əliyevin xüsusi müraciəti əsasında 1994-cü ilin fevralında Milli Məclisin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini deyib. O, bildirib ki, Azərbaycan bu gün güclü orduya malik olsa da, Prezident İlham Əliyev münaqişənin beynəlxalq hüquq müstəvisində sülh yolu ilə nizamlanması üçün məqsədyönlü siyasət aparır, ardıcıl səylər göstərir.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası başlanılıb. "Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasından bəhs edən nazir onun əhəmiyyətindən danışaraq diqqətə çatdırıb ki, bu kampaniyanın əhatə etdiyi ölkələrin sayı daim artır. Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi beynəlxalq aləmdə tanınmasında bu təbliğat kampaniyası çox mühüm rola malikdir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar kimi tanımaqla bərabər, Xocalı faciəsini də soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır.

Nazir ötən dövrdə artıq bir çox ölkələrin - Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentlərinin Xocalı soyqırımını beynəlxalq hüquq normalarına əsaslanaraq tanıdıqlarını bildiriblər. Nazir qeyd edib ki, həmçinin ABŞ-ın 22 ştatının qanunverici orqanları Xocalı soyqırımının tanınması barədə qətnamələr qəbul edib.

Görüş zamanı "Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai birliyinin sədri Emin Həsənli, "Dünyada Xocalı soyqırımının tanıdılması” İctimai Birliyinin sədr müavini, canlı şahid Mürvət Məmmədov, Xocalı şəhəri 2 nömrəli tam orta məktəbin direktoru, Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, Xocalı sakinləri Murad Hüseynov və Həmayıl Xəlilova şahidi olduqları Xocalı soyqırımından, erməni qəsbkarlarının Xocalı sakinlərinə, ümumən insanlığa qarşı törətdikləri vəhşiliklərdən bəhs ediblər. Onlar xocalılara, xüsusilə Xocalı soyqırımı zamanı yaxınlarını, o cümlədən hər iki valideynini itirmiş şəxslərə ötən dövrdə göstərilən dövlət qayğısından razılıqlarını bildiriblər.

Görüşdə xocalıların sosial müdafiəsi sahəsində görülən tədbirlər qeyd edilib, bu sahədə, həmçinin onların səmərəli məşğulluğunun təminatı istiqamətində aparılan işlər müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video