25 Fevral 2019 16:16
977
Elm və texnika
A- A+

Xocalı soyqırımı 1918-ci il mart hadisələrinin davamıdır


Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq olunmuş "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”na əsasən fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi konfrans keçirilib. Tədbir Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə reallaşıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov 20 Yanvar faciəsi və Xocalı soyqırımının 1918-ci il mart hadisələrinin davamı olduğunu qeyd edib. O vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Ermənistan Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqda davam edir. Tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində və ölkəmizin işğal olunmuş Qarabağ torpaqlarında abidələr məhv edilir və tarix saxtalaşdırılır.

Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Cəbi Bəhramov qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü və himayəsi ilə institut soyqırımına həsr olunan 5 beynəlxalq konfrans keçirib. İnstitutda Azərbaycan xalqına qarşı soyqırımları tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir: "Biz Bakıda, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında, Naxçıvanda, Şərqi Anadoluda və Urmiya bölgəsində erməni-daşnak quldurlarının törətdiyi soyqırımları haqqında ayrı-ayrılıqda monoqrafiyalar çap etdirmişik”.

AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə bildirib ki, Xocalı faciəsi Azərbaycanın 200 illik qanlı tarixinin son soyqırımıdır.

Tarixçi alimlər Vaqif Abışov, Raisə Cəfərova və Rəşad Mustafa qeyd ediblər ki, Tarix İnstitutu erməni təcavüzkarlarının işğalçılıq siyasətinə qarşı müxtəlif dillərdə "Qarabağ: real tarix, faktlar, sənədlər”, "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” və digər kitabları nəşr etdirib.

Gənc tədqiqatçılar Ramin Quliyev, Lamiyə Sultanova, Günay Nəciyeva və Nərmin Xanməmmədova öz məruzələrində bildiriblər ki, XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə kütləvi qırğınlar, soyqırımları və etnik təmizləmələrə məruz qalıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video