25 Fevral 2019 12:27
1481
Səhiyyə
A- A+

Hər xəstəliyə uyğun bal qəbul etmək olar


Bal təbiətin bizə bəxş etdiyi saf, təmiz və faydalı maddələrlə zəngin olan qidadır. Balın növü arıların nektar topladığı çiçəklərdən asılı olaraq dəyişir. İnsan orqanizmi üçün həmin balların ayrı-ayrılıqda və özünəməxsus faydası var. Müxtəlif xəstəliklər zamanı həmin balların növlərindən istifadə etmək olar.

Almaniya Təbiət Elmləri Akademiyasının üzvü, həkim-fitoterapevt Elnur Eldaroğlu bu barədə AZƏRTAC-a deyib: "Şəkərli diabet xəstələri fruktoza faizi az olan bal, məsələn, qaratikan balı qəbul edə bilər. Mədəaltı vəzində problem olanların diastazası az olan baldan istifadə etməsi məsləhətdir. Soyuqdəyməsi olanlar cökə balı qəbul edə bilərlər. Günəbaxan balını daxilə qəbul etmək əvəzinə dəriyə qulluq zamanı istifadə etmək daha xeyirlidir. Ağız boşluğunda xəstəliyi olanların A vitamini ilə zəngin olan balın qaymağından, yəni zabrusdan istifadə etməsi məsləhət görülür. Onu həm çeynəmək, həm də udmaq olar”.

Həkimin dediyinə görə, sağlamlıq problemi olmayan hər kəs gün ərzində 20 qramdan 45 qramadək bal yeyə bilər, çünki balın tərkibi amin turşusu ilə zəngindir. Bal yüksək kalorili olsa da, onunla qidalanmaq artıq çəki yaratmır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video