24 Fevral 2019 01:18
375
SİYASƏT
A- A+

O gün tezliklə gələcək


Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da erməni işğalçıları tərəfindən işğal olunanda minlərlə sakin el-obasından didərgin düşdü. O vaxtdan 25 il keçməsinə baxmayaraq, zəngilanlılar yurd-yuvalarını unutmur, doğma rayonlarına dönəcəkləri günü səbirsizliklə gözləyirlər.

Zəngilanlılar respublikanın 46 rayon və şəhərində, əksər hissəsi isə Bakı və Sumqayıt şəhərlərində məskunlaşıblar. Belə bir böyük əraziyə səpələnmiş zəngilanlıların sosial, kommunal, səhiyyə, təhsil və digər məsələri ilə məşğul olmaq, onların üzləşdikləri problemləri vaxtında həll etmək üçün icra strukturları xüsusi iş rejimi ilə işləyirlər.

Məcburi köçkünlər onlara olan dövlət qayğısını daim hiss edir və bunu real həyatlarında görürlər. Bu qayğının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin prioritet məsələlərdən biri kimi yanaşdığı qaçqın və məcburi köçkünlərə dövlət qayğısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Təkcə bu faktı qeyd etmək kifayətdir ki, dövlət başçısının müvafiq sərəncamları ilə Abşeron rayonunda zəngilanlı məcburi köçkünlər üçün qəsəbə salınıb. Hazırda 760 ailə həmin yaşayış massivində tam təmin olunmuş mənzillərdə yaşayır. Rayonun icra strukturları, dövlət təşkilatları da Masazırda fəaliyyət göstərir.

"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində Zəngilan rayonundan olan ailələr üçün yeni salınmış şəhərcikdə tarix muzeyinin fəaliyyəti də bərpa olunub.

Muzeydə rayonun inzibati xəritəsi, kəndlərinin, sosial müəssisələrinin, ecazkar təbiət nümunələrinin şəkilləri asılıb. Bu şəkillər vasitəsilə rayon barədə ətraflı təəssürat yaradır. Muzeydə ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin apardıqları siyasəti və respublikamızın inkişafında əvəzsiz xidmətlərini təcəssüm etdirən fotolara da geniş yer ayrılıb, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı imzalanan sərəncam və fərmanlar öz əksini tapıb. Burada videoçarxlar nümayiş olunur.

Tariximizin yaşadılması və unudulmamasında gənc nəslin rolunun xüsusi əhəmiyyət kəsb etdiyi üçün rayon təhsil şöbəsi ilə birlikdə xüsusi proqram da hazırlanıb. Muzeyin kollektivi rayon məktəblərində açıq dərslər təşkil edir, Zəngilanın keçmişi və bu günü barədə informasiyalarla insanların bilgilərini zənginləşdirirlər. Rayon sakinlərinin məskunlaşdıqları digər yerlərdəki təhsil müəssisələri ilə sıx əlaqə saxlanılır.

Hazırda respublika sənayesinin müxtəlif sahələrində - tikinti, neft sektoru, kənd təsərrüfatında və digər istehsalat müəssisələrində çalışan xeyli zəngilanlı var. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların da sayı ilbəil artır.

Məlum olduğu kimi, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda insanların sağlamlığının qorunması məsələləri də öz əksini tapıb. Zəngilan Rayon Mərkəzi Poliklinikasında 11 həkim kabineti fəaliyyət göstərir. Daha bir həkim məntəqəsi Sabirabad rayonunda insanların sağlamlığının keşiyində durur. Şəkərli diabet xəstələrinə dərman vasitələri pulsuz paylanır və onların müalicəsi üçün digər lazımi tədbirlər görülür. Zəngilanlılar köçkün həyatı yaşasalar da, ölkənin iqtisadi-sosial həyatında fəal iştirak edir, respublika iqtisadiyyatının inkişafına öz töhfələrini verir, xidmətləri ölkə rəhbərliyi tərəfindən qiymətləndirilir.

Bir sözlə, respublikamızda qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının müdafiəsi, məşğulluğunun artırılması, ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsində atılan addımlar zəngilanlılarda da belə inam yaradıb ki, ata-baba torpaqlarına qayıdacaqları günə çox az qalıb.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video