24 Fevral 2019 01:14
956
Qanunlar
A- A+

Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 157, № 10, maddə 886; 2013, № 7, maddə 792; 2014, № 11, maddə 1348) ilə təsdiq edilmiş "Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü maddədə "verilə bilər” sözləri "verilir” sözü ilə əvəz edilsin.

2. 7-ci maddənin ikinci cümləsi çıxarılsın.

3. 8-ci maddə üzrə:

3.1. ikinci cümlədə "şəxsiyyət vəsiqəsini, ixtisas diplomunu, sağlamlığı haqqında tibbi arayışı, hərbi vəzifəsi haqqında hərbi biletini və ya təhkim şəhadətnaməsini, lazım olarsa, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri” sözləri "ixtisas şəhadətnaməsini (diplomunu) və sağlamlığı haqqında tibbi arayışı” sözləri ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Vəsatətdə (ərizə-anketdə) qeyd edilmiş digər məlumatların yoxlanılması üçün şəxsiyyət vəsiqəsi, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər ərizəçidən tələb olunmur.”.

4. 17-ci maddəyə "sahibinin” sözündən əvvəl "etibarlıq müddəti bitdikdə (dənizçi vəzifəsində işləməyin davam etdirilməsi üçün), onun” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2019-cu il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video