Ağsulular tibbi müayinədən razılıq edirlər
Əvvəlki vaxtlarla müqayisədə son günlər əhalinin xəstəxanalara axını daha da intensiv xarakter alıb. Bunu respublikamızın bütün bölgələrində müşahidə etmək mümkündür. Başlıca səbəb isə fevralın 12-dən başlayaraq Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızda əhalinin tibbi müayinələrdən keçirilməsinə başlanılmasıdır. Ağsunun tibb müəssisələrində də bunu görmək olur.
Xəstəxana ərazisinə daxil olarkən diqqəti cəlb edən vacib məqamlardan biri burada gigiyena qaydalarına ciddi əməl olunması idi. Qapıdan içəri daxil olan hər kəsə elə girişdəcə "baxıl” verilir və sakinlər onu geyindikdən sonra tibb işçiləri insanları təyinatı üzrə lazım olan həkimlərin yanına yönləndirirdilər.
Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əli Hüseynov bildirdi ki, tibbi müayinələrə başlandığı gündən təxminən 5 min nəfərdən çox sakin müayinədən keçib. Onlardan 312 nəfəri ambulator, 6 nəfəri isə ixtisaslaşdırılmış tibbi müəssisələrə (nevroloji, kardioloji) göndərilib. 5 nəfər isə stasionar müalicəyə cəlb olunub. Ümumilikdə isə rayon üzrə 57 min 200 nəfərin müayinədən keçirilməsi nəzərdə tutulur.
Ağsuda tibbi müayinələrin aparılması 10 ərazidə reallaşdırılır. Bunlara RMX-dən başqa Kalva kənd xəstəxanası və kəndlərdə fəaliyyət göstərən 8 həkim məntəqəsi daxildir. Müəyyənləşdirilmiş tibb müəssisələrinin hər biri müayinələrin düzgün və lazımi səviyyədə aparılması üçün bütün zəruri avadanlıq və tibb heyəti ilə təmin olunub.
Ucqar kəndlərdə yaşayan və müayinə üçün müəyyənləşən tibb ocağına gəlmək imkanı olmayan insanlar da prosesdən kənarda qalmırlar. Bu məqsədlə RMX-nin baş həkiminin əmri ilə 4 səyyar briqada yaradılıb. İxtisaslı həkim və tibb bacılarının cəlb olunduqları briqadalar tərtib edilmiş qrafik əsasında vaxtaşırı yerlərdə olur və sağlamlıq imkanları məhdud olan şəxslərə yaşadıqları ünvanlarda tibbi xidmət göstərirlər.
Ağsuda daha çox müşahidə olunan xəstəliklər sırasında isə nevroloji və kardioloji xəstəliklər üstünlük təşkil edir. Yaxşıdır ki, burada tam komplektləşmiş şəkildə olmasa belə, bütün ixtisaslar üzrə həkimlər fəaliyyət göstərir.
Müayinə olunan sakinlərə yaxınlaşırıq. Emin Məlikov Hacıuşağı kənd sakinidir. Dediyinə görə, həyətdə işləyən zaman təsadüfən gözünə dəmir qırığı düşüb. Bu da onu xeyli narahat edirmiş. Həkimlərin müdaxiləsindən sonra gözündəki metal parçası çıxarılıb və indi özünü çox yaxşı hiss edir. Buna görə də belə müayinələrin təşkilinə görə dövlət başçısına minnətdarlığını bildirir.
Vüsal Pirişov isə Ərəbşahı kəndindəndir. Dediyinə görə, sağlamlığında ciddi narahatlığı yoxdur. Sadəcə olaraq dövlətin yaratdığı mövcud imkandan istifadə edərək sağlamlığına bir daha əmin olmaq niyyətindədir.
Rüstəm Vahidov Çiyni kəndindən gəlib. 2016-cı ildən şəkər xəstəsidir. Həkimlərin davamlı məsləhəti ilə xəstəliyi çox da ağırlaşmayıb. Bu baxımdan ölkədə tibbin inkişafına dəstək verən dövlət başçısına minnətdarlığını bildirdi.
Əli SƏLİMOV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək
29 Mart
Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SO...
29 Mart
Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir
29 Mart
İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır...
29 Mart
“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb
29 Mart
“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib
29 Mart
Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb
29 Mart
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanı...
29 Mart
Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək...
29 Mart
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!