24 Fevral 2019 00:36
582
İQTİSADİYYAT
A- A+

İdxalı əvəz edən yerli istehsala daha çox diqqət yetirilir


Həyata keçirilən iqtisadi islahatlar respublikamızın digər rayonları kimi, Tovuzda da sosial-iqtisadi inkişafa dinamik xarakter vermişdir. Qəbul olunmuş dövlət proqramlarının icrası nəticəsində rayon mərkəzi ilə yanaşı, kənd və qəsəbələrdə yenidənqurma, tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almış, infrastruktur layihələrinin həyata keçirilməsi sayəsində bir çox problemlər aradan qaldırılmışdır.

Rayonun iqtisadiyyatında əkinçilik və heyvandarlıq aparıcı rol oynasa da, digər sahələrin inkişafına diqqət artırılmışdır. Kartofçuluq, taxılçılıq, üzümçülük, tütünçülük və digər kənd təsərrüfatı bitkilərinin əkin sahələri genişləndirilmiş, idxalı əvəz edən yerli istehsala daha çox diqqət yetirilmişdir. Hazırda rayonda 26000 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib-becərilir. Rayon üzrə 23348 hektar sahə torpaq mülkiyyətçilərinin öhdəsindədir. Əvvəlki illərdə olduğu kimi, keçən il də torpaq mülkiyyətçiləri əkin sahələrindən səmərəli istifadə etməklə yüksək göstəricilərə nail olmuşlar. 19450 hektar sahədə buğda əkilmiş, 63018 ton məhsul toplanaraq orta hesabla hər hektarın məhsuldarlığı 32,4 sentnerə çatdırılmışdır. Arpa və qarğıdalı sahələrindən də yüksək məhsul götürülmüşdür.

Ümumiyyətlə, son illər rayonda elə sahə yoxdur ki, irəliləyiş olmasın. Məsələn, 6628 hektardan 144412 ton kartof, 1279 hektardan 26297 ton tərəvəz, 500 hektardan 35521 ton şəkər çuğunduru, 324 hektardan 17662 ton giləmeyvə, 725 hektardan 12096 ton üzüm, 3609 hektardan 29684 ton yem bitkiləri götürülmüşdür.

Heyvandarlığa göstərilən diqqət və qayğı nəticəsində keçən il iribuynuzlu heyvanların baş sayı 43992-yə, qoyun və keçilərin baş sayı 200349-a çatmışdır. Nəticədə 8304 ton ət, 33595 ton süd istehsal edilmişdir.

Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması da daim diqqətdə saxlanılır. Bu məqsədlə keçən il fermerlərə lizinq yolu ilə xaricdən gətirilmiş 19 baş cins inək satılmış, 698 baş yerli inəklərdə süni mayalama aparılmış, 419 baş bala alınmışdır.

Tütünçülər də son bir neçə ildə uğurlu göstəricilərə nail olmuşlar. Bu gəlirli sahənin daha da inkişaf etdirilməsi üçün əkin sahələri genişləndirilərək 50 hektara çatdırılmış, keçən il 53,3 ton quru tütün tədarük olunmuşdur.

Keçən il kümçülər 9870 kiloqram barama istehsal edərək "Şəki İpək” ASC-yə təhvil vermişlər. Hazırda baramaçılığı daha da inkişaf etdirmək məqsədilə etibarlı yem bazası yaradılır.

Rayonda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdə Dövlət Aqrar İnkişaf Mərkəzi də yaxından iştirak edir. Mərkəzin mütəxəssisləri fermerlərlə görüşür, mövcud problemlərin həllinə kömək göstərirlər. Tovuz Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Rəhman Qasımov deyir ki, mərkəz elektron hökumət portalının yaradılması istiqamətində fəaliyyətini artırıb. İndiyədək mütəxəssislərin iştirakı ilə 1500 torpaq sənədi işlənərək subsidiya siyasəti və informasiya sisteminə daxil edilmişdir. Bu iş davam etdirilir.

Sabir ƏLİYEV,

"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video