23 Fevral 2019 20:52
386
SİYASƏT
A- A+

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Qış təlimi-2019”da yüksək peşəkarlıq nümayiş etdiriblər


Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasının Qars şəhərində keçirilən beynəlxalq "Qış təlimi-2019”da ölkəmizi layiqincə təmsil ediblər.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Türkiyə Respublikasının Qars şəhərində beynəlxalq "Qış təlimi-2019” çərçivəsində Türkiyənin müdafiə naziri Hulusi Akar və digər ölkələrin təmsilçilərinin yer aldığı Yüksək səviyyəli qonaqlar günü keçirilib. Təlimin yekun mərhələsinin keçirildiyi Yüksək səviyyəli qonaqlar günündə Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev də iştirak edib.

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları çətin relyefli ərazilərdə, qarlı, şaxtalı havalarda döyüş əməliyyatlarının aparılması tapşırıqlarını uğurla yerinə yetirərək, digər ölkələrin bölmələri ilə qarşılıqlı əlaqədə döyüş atışlarını icra ediblər.

Beynəlxalq hərbi təlimdə iştirak edən hərbi qulluqçularımız xidmət yerlərində təntənəli mərasimlə qarşılanıblar.

Mərasimdə Əlahiddə Ümumqoşun Ordu komandanının müavini general-mayor Teymur Eyyubov, Türkiyə Silahlı Qüvvələrinin hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi, polkovnik Yusif Gündoğdu və təlimdə iştirak edən polkovnik Tehran Mənsimov çıxış ediblər. Bildirilib ki, təlimin bütün mərhələlərində şəxsi heyətin yüksək peşəkarlıq nümayiş etdirməsi hərbi qulluqçularımızın malik olduğu bilik və bacarıqdan, vətənpərvərlik hisslərindən xəbər verir. Ümumilikdə, 16 ölkənin hərbi qulluqçularının müşahidəçi və iştirakçı qismində cəlb edildiyi təlimdə Azərbaycan və Türkiyə hərbçiləri həmişə olduğu kimi, bu dəfə də yüksək peşəkarlıq nümayiş etdiriblər.

Sonda təlimdə iştirak etmiş heyətlə xatirə şəkli çəkdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video