23 Fevral 2019 20:44
381
SİYASƏT
A- A+

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Vyanada kütləvi aksiya təşkil olunub


Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyi fevralın 23-də Vyana şəhərinin mərkəzində yerləşən və piyadaların gur hərəkət etdiyi Ştefansplatz meydanında Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib. Aksiyada Azərbaycan Akademik Birliyi, Avstriya Azərbaycanlıları Cəmiyyəti və müxtəlif türk diaspor təşkilatlarının fəalları, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Meydanda qurulan çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi barədə gerçəklikləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdirilib. İştirakçılar üzərində "Xocalıya ədalət!” sözləri yazılmış böyük ölçülü plakatla meydandan keçən insanların diqqətini aksiyaya yönəldib, Heydər Əliyev Fondu tərəfindən buraxılmış informasiya materiallarını və alman dilində hazırlanmış vərəqələri yerli sakinlər arasında yayıblar.

Tədbir iştirakçıları aksiyaya maraq göstərən insanlarla söhbət edərək, Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olması, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Azərbaycanın münaqişənin sülh yolu ilə həll olunmasında göstərdiyi səylərdən bəhs ediblər. Onlar Xocalı faciəsinin tarixi ilə maraqlanan Vyana sakinlərinə informasiya vərəqələri ilə yanaşı, matəm rəmzi olaraq qərənfillər də paylayıblar.

Aksiyanın yekununda Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş çıxış edərək bəşəriyyətin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımı barədə məlumat verib. O, dünya ictimaiyyətinin Xocalı soyqırımına biganə qalmamalı olduğunu deyib, nəhayət ki, bu faciəyə beynəlxalq müstəvidə hüquqi qiymət verməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edilib ki, bəşəriyyət üçün utancverici soyqırımı törədən cinayətkarlar cəzalarını almalıdırlar.

Tədbirin sonunda meydanda böyük Azərbaycan bayrağı açan iştirakçılar "Ermənistan, işğaldan əl çək!”, "Qarabağ Azərbaycan torpağıdır!”, "Xocalıya ədalət!” və digər şüarlar səsləndiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video