23 Fevral 2019 20:18
636
Mədəniyyət
A- A+

Ağdamlı uşaqların istedadları internetdə izlənmə rekordu qırır


Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin şagirdləri - Fəqan Xəlilli, Fatimə Kərimova və Ayxan Hüseynzadənin ifaları sosial şəbəkələrdə izlənmə rekordu qırır.

AZƏRTAC xəbər verir ki, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən musiqi məktəbində oxuyan uşaqların müəllimi Habil Məmmədovdur.

Onun sözlərinə görə, şagirdləri 10-12 yaşlarındadır: "Bu uşaqların muğama böyük həvəsləri var. Bu həvəsi yaratmaq, ilk növbədə, biz müəllimlərin üzərinə düşür. Onların səs duyumları da çox yaxşıdır, həlim səsləri ürəkləri riqqətə gətirir. Fərqli səs diapazonu və ifa bacarıqları ilə sanki bir-biriləri ilə yarışırlar”.

Habil Məmmədov deyir ki, ifaçıların bölgələrə görə fərqli səs tembrləri var: "Qarabağ bölgəsindən olan uşaqların ifaları digərlərindən fərqlənir. Ona görə də muğam oxunanda Qarabağ yada düşür. Biz çalışırıq ki, muğamımızı yaşadaq, uşaqlara sevdirək”.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video