23 Fevral 2019 20:03
435
İQTİSADİYYAT
A- A+

Azərbaycan Parisdə 56-cı Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təmsil olunur


Paris Sərgilər Parkında 56-cı Beynəlxalq Kənd Təsərrüfatı sərgisinin açılış mərasimi olub. Mərasimdə Fransa Prezidenti Emmanuel Makron dünyanın 40 ölkəsindən gəlmiş kənd təsərrüfatı nazirləri və dövlət katibləri qarşısında çıxış edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan sərgidə kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

"Qadınlar, kişilər, istedadlar” mövzusuna həsr olunmuş beynəlxalq sərgidə kənd təsərrüfatının heyvandarlıq, bitkiçilik, bağçılıq, bostançılıq sahələri, peşə və xidmətlər, eləcə də dünyanın və Fransanın dənizətrafı region və departamentlərinin kənd təsərrüfatı məhsulları nümayiş etdirilir.

Qeyd edək ki, hər il 630-650 min ziyarətçi, minlərlə iştirakçı, 32 min mütəxəssis kənd təsərrüfatındakı yeniliklərlə tanış olmaq üçün bu beynəlxalq sərgiyə qatılır. Builki sərgi martın 3-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video