23 Fevral 2019 13:29
548
İQTİSADİYYAT
A- A+

FAO: Heyvan və bitki növlərinin sürətlə yoxa çıxması gələcəkdə ərzaq qıtlığına gətirib çıxaracaq


Son illər biomüxtəlifliyin görünməmiş sürətlə itirilməsi müşahidə olunur. Bu da biosferin Yerdə həyatı dəstəkləmək qabiliyyətini ciddi sarsıdır. Bitki və heyvan növlərinin çoxu yoxa çıxmaq həddindədir. Bu da gələcəkdə ərzaq qıtlığına, əhalinin sağlamlığının, planetin durumunun pisləşməsinə gətirib çıxara bilər. AZƏRTAC xəbər verir ki, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni məruzəsində belə deyilir.

FAO-nun biomüxtəlifliyin durumuna və onun kənd təsərrüfatı, ərzaq sahəsində vəziyyətlə əlaqəsinə həsr olunmuş məruzəsində bildirilir ki, ərzaq zəncirində mühüm rol oynayan bir çox nadir heyvan, bitki növləri və digər orqanizmlər son onilliklər ərzində yoxa çıxıb.

Heyvanlar, ağaclar və bitkilər bir yana qalsın, hətta parabüzən və soxulcanlar, suyu, havanı və torpağı təmizləyən, məhsulu ziyanvericilərdən qoruyan mikroorqanizmlər də ərzaq zəncirində çox mühüm rol oynayır.

İqlim dəyişmələri, məskunlaşma yerlərinin itirilməsi, təbii sərvətlərin hədsiz istismar olunması, brakonyerlik və qanunsuz ticarət onların itirilməsinin əsas səbəbləridir.

FAO-nun baş direktoru Joze Qratsianu da Silva deyib: "Biomüxtəliflik bütün dünyada ərzaq sabitliyinin dəstəklənməsi işində, rasional qidanın təmin edilməsində, kənd sakinlərinin həyat keyfiyyətinin yaxşılaşmasında, insanların rifahının yüksəlməsində həlledici rol oynayır”

Məruzədə deyilir ki, 2000-2018-ci illər dövründə təqribən 150 cinsdən olan qaramalın nəsli kəsilib. Bütövlükdə dünya heyvandarlığı əhalini ət, süd və yumurta ilə təmin edən 40 növ heyvan üzərində qurulub. Bəzi rayonlarda flora müxtəlifliyi azalır. Təqribən 6 min yeməli bitki növündən 200-dən azı ərzaq istehsalı üçün fəal istifadə olunur.

Ekspertlər balıq ehtiyatlarının tükənməsi, tozlandırıcıların, torpaq orqanizmlərinin və vəhşi təbiətin təqdim etdiyi qida məhsullarının çoxunun itirilməsi barədə həyəcan təbili çalır.

FAO-nun başçısı deyib: "Biomüxtəlifliyin azalması ona gətirib çıxarır ki, bitki və heyvanlar getdikcə daha tez-tez ziyanverici və xəstəliklərin qurbanına çevrilir”. Onun sözlərinə görə, biomüxtəlifliyin itirilməsi həm də insanların qidalanmaq üçün getdikcə daha az heyvan və bitki növlərindən istifadə etməsi ilə bağlıdır. Məsələn, cəmi üç bitki – qarğıdalı, buğda və düyü zülal və kalorilərin gündəlik istehlak normasının təqribən 60 faizini təmin edir.

Məruzə müəllifləri biomüxtəlifliyin neqativ faktorlardan mühafizəsi və onun dayanıqlı istifadəsi istiqamətində təcili tədbirlər görməyə çağırırlar. FAO-nun yeni məruzəsi 91 ölkənin təqdim etdiyi informasiya əsasında hazırlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video