23 Fevral 2019 11:35
425
SİYASƏT
A- A+

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib


Ermənistanın İsveçin paytaxtı Stokholmdakı səfirliyinin qarşısında Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası tərəfindən Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar aksiya keçirilib.

AZƏRTAC xəbər verir ki, İsveçdə fəaliyyət göstərən müxtəlif diaspor cəmiyyətlərinin və fəalların qatıldıqları aksiyada Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti haqqında məlumat verən plakatlar qurulmuşdu. Əllərində Azərbaycan, Türkiyə və İsveç bayraqları olan aksiya iştirakçıları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc sakinlərə qarşı həyata keçirilmiş amansız hərbi əməliyyatlarla bağlı yerli ictimaiyyəti məlumatlandırıblar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan "Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı haqqında müxtəlif dillərdə informasiyanın olduğu broşürlər Stokholm sakinlərinə təqdim olunub.

Daha sonra Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası tərəfindən Xocalı hadisələri haqqında bəyanat qəbul olunub. İsveç hökumətinə, parlamentinə, Ermənistanın İsveçdəki səfirliyinə ünvanlanmış bəyanatda Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verilib. Sənəddə qeyd olunub ki, bir gecə ərzində 613 nəfər Xocalı sakininin qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, 487 şəxsin yaralanması və 1275 nəfərin əsir götürülməsi, 197 sakinin itkin düşməsi dünya ictimaiyyəti tərəfindən kəskin şəkildə pislənməli, gələcəkdə belə faciələrin baş verməməsi üçün Xocalı hadisələrinə düzgün siyasi qiymət verilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video