23 Fevral 2019 01:22
1495
SİYASƏT
A- A+

Xəzərin sahilində gözəlləşən şəhər


Prezident İlham Əliyevin Sumqayıta səfəri zamanı sakinlərlə səmimi görüşü xoş anlar kimi hələ çox xatırlanacaq


Xəzərin sahilində yerləşən Sumqayıtın xoş anları, yaxşı günləri çox olub. Növbəti dəfə belə bir gün Sumqayıt bulvarında yaşandı. Burada əhali ilə rastlaşan ölkə rəhbərinin səmimi görüşü xatirələrdə dərin iz buraxdı. Sumqayıtlılarla bu görüş həm də Prezident İlham Əliyevin yürütdüyü davamlı sosial siyasətin vətəndaşlara səmimi münasibətinin, onların qayğıları ilə daim maraqlanmasının, problemlərinin həllinə çalışmasının əyani görüntüsü idi.

Ölkəmizin iqtisadi tərəqqisində rolunu davamlı şəkildə artıran, respublika iqtisadiyyatında xüsusi çəkiyə malik olan Sumqayıt Azərbaycanın günbəgün yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını genişləndirməkdədir. Son illərin inkişafı Sumqayıtın simasında aydın müşahidə olunur. Xariqə diyarına çevrilən və əzəmətli görkəmi ilə seçilən, həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində dünyanın ən gözəl şəhərləri sırasında yer alan Sumqayıt eyni zamanda zəhmətkeş sakinləri ilə də fəxr edir.

Prezident İlham Əliyevin Sumqayıta 20-dən artıq səfəri sakinlər tərəfindən həmişə səmimiyyətlə anılır. Fevralın 18-də Sumqayıtda SOCAR Polimerin yüksək sıxlıqlı Politilen zavodunun açılışında iştirak edən dövlət başçısı şəhərdə aparılan quruculuq işləri ilə bağlı yeni bir sərəncam da imzalayıb. Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmir işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı sumqayıtlılar bu şəhərə göstərilən diqqətin təzahürü kimi dəyərləndirirlər.

Səfər çərçivəsində Sumqayıt bulvarına gələn Prezident İlham Əliyevin sakinlərlə görüşü insanlarda xoş əhvali-ruhiyyə yaratdı. 85 yaşlı Əvəz Mahmud Lələdağ həmin anları bizimlə bölüşdü:

- Bu gün Azərbaycan xalqı çox xoşbəxtdir. Bunun səbəbi sabitlikdə, insanların bir-birinə hörmətində, xalqın ümüdini doğruldan kadrların yerində olmasındadır. Bu xoşbəxtliyin ən başlıca səbəbi isə Azərbaycana Heydər Əliyev məktəbini uğurla keçən İlham Əliyevin rəhbərlik etməsidir. İnsanlara göstərilən qayğının yüksək nəticəsidir ki, bu gün ölkəmizdə yoxsulluq aşağı səviyyədədir. Tikilən məktəblər, idman kompleksləri, çəkilən yollar, abadlaşan şəhərlər və daha çox yenilikləri saymaq olar ki, bunlar dövlət başçısının son illərdə Azərbaycan xəritəsinə qazandırdığı uğurlardır.

85 yaşımın bu çağında Sumqayıtda nə vaxtsa bulvarın olacağını xatirimə belə gətirmirdim. Bu gün beynəlxalq turnirlərdə mükafat qazanan bulvarımızın olması doğrudan da möcüzədir.

Həmin gün nəvəmlə bulvarda gəzdiyim zaman Prezident İlham Əliyevlə qarşılaşmağım məni bu yaşımda heyrətləndirdi. Biz ona yaxınlaşıb görüşdük. Prezident hər birimizlə əl tutdu. Mən bildirdim ki, 50 ildən artıq bir dönəmdə Sumqayıtda yaşayıram. Buraların dünənini yaxşı tanıyıram, qamışlıq, çirkab sularının üfunəti adamın başını çatladırdı. Bu ərazilərə heç kim gəlmək istəmirdi, amma indi gələn getmək istəmir. Şəxsən mənim ağlıma gəlməzdi ki, nəvələrimlə nə vaxtsa belə gözəl bir möcüzəli bulvarda gəzəcəm. Bütün bunlar Prezident İlham Əliyevin sumqayıtlılara göstərdiyi qayğının nəticəsidir. Onun sifətindəki nurun işığı, xeyirxahlığı, sadəliyi mənim kimi insanların yaddaşında əbədi qalacaq.

Rəmayə Mustafayeva Sumqayıt Dövlət Universitetinin II kurs tələbəsidir. Həmin gün dövlət başçısı ilə görüşənlər arasında özünün iştirakını Ramilə belə bildirdi:

- Bu təsadüfi görüş mənim həyatımda silinməz iz buraxdı. Qızlarla danışıb bulvarda gəzirdik. Çevrilib baxanda gördük ki, Prezident gəlir. Onun bizimlə səmimi görüşüb söhbət etməsi mənim üçün çox xoş, unudulmaz oldu. Rayonlardan gəlib Sumqayıtda təhsil alan gənclərin çoxunun mənzil şəraiti aşağı səviyyədədir. Yataqxanada yaşayan məcburi köçkünlər gərək yeni mənzillərlə təmin olunsun ki, həmin gənclər oraya yerləşdirilsin. Mən bunu ölkə rəhbərinə çatdırdım. Həmin andaca Prezident İlham Əliyev müvafiq tapşırıq verdi. Tezliklə şəxsi mənzillərə köçürüləcək köçkünlərin yaşayış yerləri təmir edilərək tələbələrin ixtiyarına veriləcək.

Dövlət başçısı ilə görüşən Tərlan Hacızadə də bu səmimi ünsiyyətin təsirindən hələ də çıxmadığını bildirdi:

- Mən bu fürsətdən maksimum bəhrələndim. Prezident İlham Əliyevlə görüşməyi özümə bir xoşbəxtlik kimi dəyərləndirirəm. Bu gün şəhid ailələrinə, Qarabağ müharibəsinin iştirakçılarına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirdim. Mən əminəm ki, ölkə rəhbərinin yürütdüyü siyasət nəticəsində Azərbaycan daim inkişaf edəcək və dünyanın aparıcı dövlətləri siyahısında öz yerini qoruyub saxlayacaq. Biz də öz növbəmizdə Prezidentin ətrafında sıx birləşəcək və belə xeyirxah və səmimi rəhbərimizi müdafiə edəcəyik.

Sumqayıt bulvarında sakinlərlə görüşün sonunda Prezident İlham Əliyev bildirdi ki, qarşıda daha yaxşı günlər olacaq. Bu gün Sumqayıtda dövrün ən möhtəşəm layihələri həyata vəsiqə alır.

70 yaşını qeyd etməyə hazırlaşan Sumqayıt təkcə respublikanın deyil, Avropanın sayılıb-seçilən şəhərlərindən birinə çevrilib. Sumqayıtlılar yaxşı başa düşürlər ki, əldə edilən uğurların kökündə dövlət başçısı tərəfindən düzgün müəyyənləşdirilən davamlı iqtisadi siyasət durur.

İllər isə öz işini görməkdədir. Ötən hər gün yeni uğurların əsasını qoyur və növbəti zəfərlərə zəmin yaradır. Bütün bunların arxasında isə xalq-iqtidar birliyi dayanır. Belə olan halda gələcək daha gözəl, insanlar daha xoşbəxt olacaq.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video