Alternative content

01:42 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azercell”in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb
“Azercell”in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb
ANA SƏHİFƏ / ELANLAR
00:52 23.02.2019


"Azercell Telecom” MMC öz fəaliyyətində insanların həyatının yaxşılaşdırılmasına yönəlmiş sosial layihələrə xüsusi yer ayıran bir şirkətdir. Belə layihələr sırasına "Mobil Göz Klinikası” və "Mobil Diş Klinikası”nı aid etmək olar. Fəaliyyətləri dövründə adları çəkilən klinikalar tək Bakı deyil, həm də regionlara səfər edərək, valideyn himayəsindən məhrum uşaqları, qocaları, aztəminatlı ailələri, məcburi köçkünləri müayinə və müalicə ilə təmin edib. 2018-ci il ərzində Bakı və Abşeron ərazisində ümumilikdə 628 uşaq "Mobil Diş Klinikası”nın xidmətlərindən yararlanıb, 8 illik fəaliyyəti ərzində isə tibbi yardım almış şəxslərin sayı 5000-i keçib. 2011-ci il iyun ayının 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan "Mobil Göz Klinikası” bu illər ərzində 7500-ə yaxın şəxsə tibbi yardım göstərib. Qeyd edək ki, bu layihələr çərçivəsində bütün müayinə və müalicə tədbirləri "Azercell”in dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir.

"Azərbaycan”