22 Fevral 2019 17:56
470
DÜNYA
A- A+

Yəməndə münaqişə tərəfləri 2700 uşağı sıralarına cəlb edib


Yəməndə münaqişə tərəfləri 2700 uşağı zorla silahlandırmışdır. Bu barədə BMT-nin Uşaq Fondunun (UNİCEF) Yəmən ofisi məlumat vermişdir.

Sənəddə qeyd olunur ki, ölkədə toqquşmalardan ən çox zərər çəkənlər məhz uşaqlardır. Vurğulanır ki, uşaqlar münaqişənin həfədinə çevrilməməlidirlər.

UNİCEF-in ötən ay açıqladığı məlumata görə, 2015-ci ildən bəri Yəməndə 6700-dən çox uşaq həlak olmuşdur.

Uzun müddətdir siyasi sabitsizliyin hökm sürdüyü paytaxt və ölkənin bəzi rayonları 2014-cü ilin sentyabrından bəri qiyamçıların nəzarətindədir. Dörd ildən çoxdur davam edən münaqişədə minlərlə yəmənli həlak olmuşdur.

Vətəndaş müharibəsi ilə əlaqədar dünyanın ən yoxsul ölkələrindən biri sayılan Yəməndə humanitar böhran dəhşətli həddə çatmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video