Alternative content

10:39 29 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Duzun duz yeri, şəkərin öz yeri…
Duzun duz yeri, şəkərin öz yeri…
ANA SƏHİFƏ / Səhiyyə
14:49 22.02.2019

Şəkər və duzun normadan artıq qəbul edilməsi insan sağlamlığına mənfi təsir göstərir. Onların qədərindən artıq istifadəsi bəzi xəstəliklərin yaranması ilə yanaşı, bir sıra xəstəliklərin fəallaşmasına da səbəb olur.

AZƏRTAC həmin məhsulların istifadə qaydası ilə əlaqədar mütəxəssislərə müraciət edib.

Həkim-endokrinoloq, tibb üzrə fəlsəfə doktoru Aytən Babaxanlının dediyinə görə, insan gün ərzində 10 faizdən artıq şəkər qəbul etməməlidir: "Şəkər normadan artıq olanda hüceyrələr onu mənimsəyə bilmədiyinə görə, əsas yük insulin hormonunun üzərinə düşür. Bunun nəticəsində şəkərli diabet, piylənmə və metabolik xəstəliklərin əmələ gəlməsi üçün risk yaranır.

Bal, meyvə və tərəvəzlərin tərkibində olan təbii şəkərlərdən fərqli olaraq qənd, şəkər tozu və s. süni şəkər əvəzedicilərinin çox qəbul edilməsi insan orqanizmi üçün çox ziyandır. Həmin siyahıya içkilərin tərkibində olan kimyəvi şəkərlər də daxildir”.

Diyetoloq Ləman Süleymanova da həmin məhsulların zərərli təsirini etiraf edir: "Bəzi qazlı içkilərin tərkibində olanlar kimyəvi birləşmələrlə zənginləşən şəkər sayılır və qaraciyərə çox mənfi təsir göstərir, yorğunluq və halsızlıq əmələ gətirir. Bəzi energetik içkilərin tərkibindəki şəkər də zəhərli şəkər hesab edilir və onun qəbulu immunitetin kəskin zəifləməsinə, mədə xərçənginə və piylənmə yaranmasına səbəb ola bilər. Hər 90 pasiyentdən 20-30 nəfərini şəkəri çox qəbul edənlər təşkil edir”.

Mütəxəssislərin dediyinə görə, gün ərzində orqanizmə 5 qram, yəni bir çay qaşığı duz qəbul olunması kifayət edir. Diyetoloqun dediklərinə əsasən duzun artıq olması fəsadlara aparıb çıxarır, onun çoxluğu yüksək təzyiq və onun fonunda miokard infarktı, insult və çəkinin aşağı düşməsinə mane olan faktordur: "Genetik modifikasiya olunmuş, uşaqların daha çox istifadə etdiyi xüsusi qablaşdırılmış şirniyyatların tərkibində olan duzlar faydasız hesab edilir. Hətta mədəaltı vəzin fəaliyyətinə çox mənfi təsir göstərir, ürək-damar xəstəlikləri olanlar üçün çox zərərlidir, qanda xolesterinin artmasına səbəb olur”.

Lakin çəkər və duzdan tam şəkildə imtina etmək də düzgün deyil, çünki şəkər orqanizmdə enerji mənbəyidir. Onun azlığı əhvali-ruhiyyənin aşağı olmasına səbəb olur, emosionallıq, depressiya və ətraf mühitə qarşı laqeydlik yaradır. Duz isə orqanizmdə damar tonusunu normada saxlayır. Arterial təzyiqin, ürək-damar, həmçinin sinir sisteminin fəaliyyətini tənzimləyir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM