22 Fevral 2019 13:26
424
İQTİSADİYYAT
A- A+

Fransanın Overny-Ron-Alp regionu ölkəmizlə aqrar sahədə əməkdaşlıqda maraqlıdır


Azərbaycanda kənd təsərrüfatının inkişafına xüsusi önəm verilir və bu sektorda əməkdaşlıq üçün münbit şərait yaradılıb.

AZƏRTAC xəbər verir ki, bunu Fransada işgüzar səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov bu ölkənin Overny-Ron-Alp regionunun prefekti Paskal Melo ilə görüşündə söyləyib.

P.Melo Overny-Ron-Alp regionunun kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. O, bu sahədə ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

İnam Kərimov, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib. Bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr erməni qoşunlarının torpaqlarımızdan tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Bu münaqişə regionun inkişafına böyük maneə yaradır.

Nazir qeyd edib ki, Fransa münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biridir və vasitəçi ölkə kimi neytral olmalıdır. "Təəssüf olsun ki, Fransanın bəzi yerli ərazi kollektivləri işğal altında olan Azərbaycan rayonlarına qeyri-qanuni səfərlər təşkil edir və onlarla dostluq xartiyaları imzalayırlar. Bu, həm beynəlxalq hüququn, həm də Fransanın özünün qanunlarına ziddir. İnanırıq ki, prefektura səviyyəsində bu məsələyə ciddi baxılacaq və belə qeyri-qanuni səfərlər ləğv ediləcək”, - deyə İ.Kərimov vurğulayıb.

Nazir iki ölkə arasında siyasi əlaqələrdən də söz açaraq, dostluq münasibətlərinin və tərəfdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub.

Prefekt P.Melo Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfərini xatırladaraq, səfər çərçivəsində Emmanuel Makronun Fransanın mövqeyini aydın şəkildə bildirdiyini və bu mövqeyin dəyişmədiyini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video