21 Fevral 2019 20:52
360
DÜNYA
A- A+

Qadınlar ilk dəfə açıq kosmosa çıxacaqlar


Tarixdə ilk dəfə iki qadının açıq kosmosa çıxması 2019-cu ilə planlaşdırılmışdır. Bu barədə amerikalı astronavt Kristina Kuk məlumat vermişdir.

Kuk keçirdiyi mətbuat konfransında demişdir: "Belə başa düşürəm ki, hazırda mən Enn Makkleynlə birgə kosmosa çıxışa təyin edilmişik. Biz heyətin hər bir üzvü ilə istənilən tapşırığı yerinə yetirməyə hazırıq”. Bundan əvvəl qadınlardan ibarət heyət açıq kosmosa çıxmamışdır.

Dünən rusiyalı Aleksey Ovçinin, amerikalılar Nik Heyq və Kristina Kuk "Soyuz MC-12” gəmisində uçuş ərəfəsində imtahanları verdikdən sonra Beynəlxalq Kosmik Stansiyanın (BKS) əsas heyəti kimi uçuşa icazə almışlar. Onlar BKS-də 204 gün keçirməlidirlər. Heyət martın 14-də Baykonur kosmodromundan orbitə yollanacaq.

Xatırladaq ki, hazırda rusiyalı Oleq Kononenko, kanadalı David Sen-Jak və amerikalı Enn Makkleyn BKS-də işləyirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video