21 Fevral 2019 20:51
449
DÜNYA
A- A+

Banqladeşdə yanğın zamanı 81 nəfər həlak oldu


Banqladeşin paytaxtı Dəkkədə yaşayış evində baş vermiş partlayış və yanğın nəticəsində 81 nəfər həlak olmuşdur. Bu barədə yerli xilasetmə xidmətinin nümayəndəsi Mahfuz Rivenə istinadən "Bangladesh Observer” qəzeti xəbər verir.

Yanğınsöndürmə və mülki müdafiə xidmətinin direktoru Zülfiqar Rəhmanın dediyinə görə, hadisə yerində dağıntılar altında hələ onlarla adam ola bilər. Onların sağ qalmaq şansları isə çox deyil.

Hadisə zamanı azı 46 nəfər yaralanmışdır. Onların 5-i ağır yanıq xəsarəti almışdır və vəziyyətləri kritikdir.

Yanğının böyük sahəni bürüməsi binada kimyəvi anbarın olması ilə izah edilir. Güman olunur ki, yanğının mənbəyi qaz balonudur.

Partlayış "Hazi Wahed Mansion” (Chawkbazar) adlı beşmərtəbəli binanın birinci mərtəbəsində baş vermiş və yanğın tezliklə qonşu tikililəri bürümüşdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video