21 Fevral 2019 20:50
424
DÜNYA
A- A+

“Fil dişi kraliçası” 15 il iş aldı


Tanzaniya məhkəməsi fil dişi qaçaqmalçılığına görə Çin vətəndaşını 15 il müddətinə azadlıqdan məhrum etmişdir. İndiyədək 700-dən çox fil dişini qanunsuz olaraq satmağa macal tapmış qadın "fil dişi kraliçası” adı almışdır. Bu barədə "Time” qəzeti xəbər verir.

69 yaşlı Yanq Fenqlanın həbsi fil qətli ilə mübarizə tarixində əhəmiyyətli hadisə olmuşdur. Təkcə Tanzaniyada son beş il ərzində fillərin populyasiyası 60 faiz azalmışdır.

"Dünya vəhşi təbiət fondu” məhkəmənin qərarını alqışlamış və xatırlatmışdır ki, vəhşi heyvanların qanunsuz ovlanması kiçik pozuntu deyil, ağır cinayətdir.

Hər il brakonyerlər minlərlə Afrika fili öldürür və onların dişlərini Asiyada satırlar. Fil dişi zərgərlik əşyaları üçün çox bahalı material hesab olunur.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video