21 Fevral 2019 20:38
377
İQTİSADİYYAT
A- A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Dell”in İKT sahəsində əməkdaşlığı müzakirə edilib


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "Dell” şirkətinin İKT sahəsində əməkdaşlığı müzakirə olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda səfərdə olan "Dell” şirkətinin nümayəndələri ilə görüşüb. Görüşdə R.Quluzadə Azərbaycanda informasiya-kommunikasiya və yüksək texnologiyalarının geniş tətbiqi, bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı danışıb.

Nazir qeyd edib ki, sahənin inkişafı üzrə görülən işlərin daha effektiv olması məqsədilə dünyanın nüfuzlu İKT şirkətləri ilə sıx əməkdaşlığa xüsusi önəm verilir.

Görüş zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "Dell” şirkəti arasında İKT və yüksək texnologiyalar sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Eyni zamanda, şirkət tərəfindən İKT, innovasiyalar və Data Mərkəzi ilə bağlı ölkəmizdə həyata keçiriləcək layihələrə dair fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video